Taman xaqan
Arslan Taman xaqan[1] və ya Heşana xaqan[2] — Qərbi Göytürk xaqanlığının hökmdarı.
Niqyu Çulo xaqan Arslan Taman xaqan | |
---|---|
泥厥處羅可汗 | |
Qərbi Göytürk xaqanlığı III (rəsmi) xaqanı | |
604 – 612 | |
Əvvəlki | Nili xaqan (xaqan kimi) Basıl Tegin (qəyyum kimi) |
Sonrakı | Şekuy xaqan |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Suyab, Qırğızıstan |
Vəfat tarixi | |
Vəfat yeri | Çanqan |
Dəfn yeri | Çin |
Fəaliyyəti | monarx |
Atası | Nili xaqan |
Anası | Hsianşi |
Dini | Tenqriçilik |
Hakimiyyəti
Xaqan olanda hələ yeriyə bilmirdi. Onun adından dövləti iki əyan idarə edirdi. Anası Hsianşi onu atıb Çinə getmişdi. Əyanlar beşinci və səkkizinci aylarda Altay dağlarındakı mağaralarda babalarının ruhlarına qurban təqdim edirdi. 605-ci ildə xaqanın kiçikliyindən istifadə edən teleutlar üsyan qaldıraraq onun ordularını məğlub etdi. 610-cu ildə xaqana qarşı yeni üsyan baş verdi. Yanq Soux Teginin oğlu Şekuy xaqan elan olundu. Taman Çinə qaçdı.
Ölümü
619-cu ildə Çində Şərqi Göytürklərin bir casusu tərəfindən öldürüldü.[2]
İstinadlar
- Qumilyov, Lev (1993), Qədim Türklər, s.135
- Victor Cunrui Xiong (2008), Historical Dictionary of Medieval China, Scarecrow Press, s. 95.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.