Tamada heykəli
Tamada heykəli (gürc. თამადის ძეგლი) – Tbilisinin Qədim şəhər rayonunda, Şardeni və Sioni küçələrinin kəsişməsində yerləşən heykəl. Qədim şəhərin əsas görməli yerlərindən biridir.[1]
Tamada heykəli | |
---|---|
gürc. თამადის ძეგლი | |
Ölkə | Gürcüstan |
Yerləşir | Tbilisi |
Material | bürünc |
Saxlanıldığı yer | Şardeni və Sioni küçələrinin kəsişməsi |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
2006-cı ildə[2] açılışı baş tutmuş heykəl, Gürcüstan Milli Muzeyinin Xristianlıqdan əvvəlki dövr kolleksiyasında saxlanılan və ölkənin qərbindəki Vani arxeoloji abidəsinin tədqiqi zamanı aşkarlanmış bürünc heykəlinin böyüdülmüş[3] kopyasıdır.
Təsviri
Orijinal əsər e.ə. VII əsrə aid edilməklə bürüncdən hazırlanmışdır. Forma və elementlərində görə elmi ədəbiyyatda tamada adlandırılan heykəldə, buynuz tutulmuş əlini qabağa uzadaraq oturmuş vəziyyətdə dayanmış gənc oğlan təsvir edilmişdir.
İstinadlar
- "ТОП-23 достопримечательности Тбилиси за 1–2 дня". 2018-05-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-23.
- Прогулки по Тбилиси.
- "Памятник Тамаде". 2018-05-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-23.
Ədəbiyyat
- Свириденко О. Н. Тбилиси за неделю. Путеводитель. — С. Петербург: Своё издательство, 2015. 174 с. ISBN 977-5-4386-0854-7
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.