Talin nahiyəsi
Talin nahiyəsi — XIV əsr-1995 inzibati nahiyə. İrəvan xanlığının bölgələrindən biri.
Tarixi
İndiki Ermənistanda mövcud olan azərbaycanlıların yaşadığı mahal. Osmanlı dönəmində Talin nahiyəsi davamı olan Talin mahalı İrəvan xanlığının tərkibinə daxil olmuşdur. Sonra mahal ərazisində Eçmiədzin qəzası təşkil olunmuşdur.
Elxanilər dövlətinin Çuxursəəd tüməninin Talin nahiyəsi
1590 İrəvan əyalətinə tabe olan Talin nahiyəsində aşağıdakı kəndlər mövcud idi:
1728-ci ilin icmal dəftərinə görə İrəvan əyalətinə tabe olan Talin nahiyəsində aşağıdakı kəndlər mövcud idi:
1747 İrəvan xanlığının mahalı olmuşdur.
Talın mahalı İrəvan əyalətinin şimal-qərbində Alagöz dağı ilə Arpaçay arasında yerləşirdi. Bu mahal şimaldan Şörəyel, qərbdən onu Qars paşalığından ayıran Arpaçayla, cənubdan Sərdarabad və Səədli mahalları ilə, şərqdən isə Seyidli-Axsaxlı mahalı ilə həmsərhəd idi. İ.Şopen Talın mahalına məxsus 47 kənd qeydə almışdır və bu kəndlərdən 27-nin artıq dağıldığını qeyd edir [95, 444, 513-514, 575-576]. C.Bornoutyan Talın mahalı əhalisinin çox olmadığını və yararlı 20 kəndin olduğunu qeyd edir. Mahalın mərkəzi Talından keçən ticarət yolu Tiflis vasitəsilə Qara dənizə və Rusiyaya gedirdi [200. 36]. Məşhur Talin karvansarası burada yerləşirdi [1] [2]
1930-cu il sentyabrın 9-da ərazisi 1288 kv km- olan Talın rayonu təşkil edilmişdir.
Əhalisi
Şəxsiyyətləri
Mənbə
İstinadlar
- Qarayev E. T. İrəvan xanlığı (1747-1828). Bakı, «Avropa» nəşriyyatı 2010, 342 səh.
- "Arxivlənmiş surət". 2020-02-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-12-02.
Xarici keçidlər