Taleh Ziyadov
Taleh Məhəmməd oğlu Ziyadov — "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin Baş direktoru[2].
Taleh Ziyadov | |
---|---|
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Baş direktoru | |
Vəzifədədir | |
18 noyabr 2014-cü ildən | |
Əvvəlki | vəzifə təsis edilib |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1977 |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Elmi fəaliyyəti | |
Elm sahəsi | Nəqliyyat[1], logistika[1] |
Həyatı
Taleh Ziyadov Azərbaycan Diplomatik Akademiyasının elmi işçisi və professoru olub. O, ABŞ-də, Vaşinqton dairəsində yerləşən Corctaun Universitetinin Diplomatim Xidmət məktəbində magistr təhsili və Kembric Universiteti (Böyük Britaniya) doktorluq dərəcəsi üzrə təhsil alıb.
O bir sıra elmi araşdırmaların müəllifidir. Araşdırmalar əsasən Xəzər regionu və zəngin təbii sərvətlərə malik ölkələrdə nəqliyyat, logistika və energetika məsələlərini əhatə edir.
Onun "Analysis of Current Events", "Central Asia-Caucasus Institute Analyst", "Eurasia Daily Monitor", "Turkish Policy Quarterly", "International Negotiation Journal", və "the Moscow Times" kimi nüfuzlu qəzet və jurnallarda araşdırmaları dərc olunub. O, Johns Hopkins Universiteti tərəfindən 2007-ci ildə dərc edilən Yeni İpək yolu: Böyük Mərkəzi Asiyada Nəqliyyat və Ticarət kitabında Azərbaycanın Qərb-Şərq və Şimal-Cənub nəqliyyat dəhlizlərində Azərbaycanın rolu barədə fəsli yazıb.
T. Ziyadov daha əvvəl, ABŞ-də Kolumbiya dairəsində Vaşinqtonda yerləşən ABŞ-Azərbaycan Ticarət Palatasının icraçı direktorunun müavini vəzifəsində və ADA-da dekanın akademik məsələlər üzrə köməkçisi vəzifəsində çalışıb.
İstinadlar
- Çex Milli Hakimiyyət Məlumat bazası.
- "Arxivlənmiş surət". 2019-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-18.