Talada ev (cizgi filmi, 1986)
Talada ev | |
---|---|
Janr |
musiqili uşaq |
Rejissor | Hafiz Əkbərov |
Ssenari müəllifi | Sabir Rüstəmxanlı |
Operator | Ramiz Ağayev |
Bəstəkar | Cəmil Əmirov |
Rəssam | Nazim Məmmədov |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 1986 |
Filmin növü | qısametrajlı cizgi filmi |
Müddət | 9 dəq. |
Ölkələr | SSRİ |
Dil | azərbaycanca |
İl | 1986 |
Texniki məlumatlar |
1 hissə 248 metr 35 mm |
Rəng | rəngli |
IMDb | ID2997098 |
Məzmun
Gizli şəkildə başqasının əməyinin bəhrəsindən istifadə etmək olarmı? Filmin balaca tamaşaçılara ünvanlandığını və uşaqların mənəvi tərbiyəsində əhəmiyyətli rol oynaya biləcəyini nəzərə alsaq, sual heç də ritorik deyil.
İki siçanın başına gələn əhvalatdan belə nəticə çıxarmaq olar ki, bir parça halal çörək qeyri-qanuni əldə edilmiş var-dövlətdən şirindir.
Ekran əsərində halal zəhmət, işgüzarlıq və əməksevərlik kimi yüksək amillər tərənnüm edilir.
Film haqqında
Film məşhur Ezopun təmsilinin motivləri əsasında yaradılmışdır.
Filmin heyəti
Film üzərində işləyənlər
- Ssenari müəllifi: Sabir Rüstəmxanlı
- Rejissor: Hafiz Əkbərov
- Quruluşçu rəssam: Nazim Məmmədov
- Bəstəkar: Cəmil Əmirov
- Operator: Ramiz Ağayev
- Səs operatoru: Akif Nuriyev
- Cizgi rəssamı: Vaqif Məmmədov, Gennadi Tişşenko, Rauf Dadaşov, Arifə Hatəmi, Bəhmən Əliyev, Firəngiz Quliyeva, Gülşən Quliyeva
- Rəssam: Hüseyn Cavid İsmayılov, B.Qaflanov
- Montaj edən: Lidiya Vyalsova
- Rejissor assistenti: Z.Rəhimova
- Rəssam assistenti: Məlahət Hümbətova
- Operator assistenti: Ziya Xəqani
- Redaktor: Çingiz Qaryağdı
- Filmin direktoru: Məmməd Qurbanov
Filmi səsləndirən
- Ramiz Əzizbəyli — siçan (Azərbaycan variantı) (titrlərdə yoxdur)
Mənbə
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 317.
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 815.
Xarici keçidlər
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.