Talabı

TalabıAzərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd.

Talabı
41°16′03″ şm. e. 48°39′38″ ş. u.
Ölkə  Azərbaycan
Rayon Quba rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 632 m
Saat qurşağı
Talabı xəritədə
Talabı
Talabı

Toponimikası

Talabı oyk., düz. Quba r-nunun eyniadlı i.ə.v.-də kənd. Dağətəyi düzənlikdədir. Keçmişdə kənd 3 məhəllədən ibarət olmuşdur. Kəndin böyüməsi nəticəsində ondan Baş Talabı (Sər Talabı), 'Orta Talabı (Minkə Talabı) və Aşağı Talabı (Zır Talabı) məntəqələri yaranmışdır. Baş Talabıdan çıxan ailələr Talabıqışlaq kəndini yaratmışlar. Aşağı Talabı indi Xaruşə, Baş Talabı isə Talabı adlanır. Oykonim fars dilindəki təlab (çəmən, bağ, bağça) sözündən və mənsub, bildirən -/ şək.-sindən ibarət olub, “çəmənlik, bağ- çalıq” mənasındadır.[1]

Əhalisi

Neft quyusu

1970-ci illərdə kənd ərazisində neft quyusunun qazıntısına başlanılmış, lakin bir müddətdən sonra isə bu proses dayandırılmışdır. 2017-ci ildə neft şirkətinin əməkdaşları Talabı kəndinə gələrək quyuya baş çəkiblər. Quyuda araşdırma işləri apardıqdan sonra neft quyusunun ağzını qazıyaraq betonlayıblar. 2018-ci ildə isə həmin neft quyusu yenidən aktivləşməyə başlayıb[3].

Həmçinin bax

Xarici keçidlər

İstinadlar

  1. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  2. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
  3. Qubada köhnə quyudan neft çıxdı Arxivləşdirilib 2018-10-22 at the Wayback Machine. qafqazinfo.az, 16.10.2018  (az.)

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.