Talıbzadələr
Talıbzadələr — Azərbaycan xalqının tanınmış soylarından biri.
Talıbzadələr | |
---|---|
Titul | Bəy |
Mənşəyi | Borçalı |
Təbəəliyi | Rusiya imperiyası |
Soyun tarixi
"Axund uşağı" adlandırılan Talıbzadələr nəsli Borçalı mahalında ziyalılığı, Allah adamı olmaları, maarifçilik fəaliyyətləri ilə tanınmışlar. Yusif Ziyanın babası Axund Süleyman da dövrünün tanınmış alimlərindən və din xadimlərindən olub. K.Talıbzadə nəsil şəcərələri haqqında yazır ki, "Axund Süleyman məşhur xəttat imiş. Sədinin "Gülüstan"ını və bir neçə başqa əsəri öz əli ilə köçürübmüş. Hazırda həmin əsərlər respublika əlyazmaları Institutunda saxlanılır.
Ilk təhsilini atasından alan Mustafa ali dini təhsili Təbrizdə Hacı Səfərli mədrəsəsində bitirib.1871-ci ildə Tiflisə qayıdıb və iki il sonra Şiə Ruhani idarəsində dini komissiya qarşısında imtahan verərək axund rütbəsi alıb. O, həm dini, həm də maarifçilik fəaliyyəti ilə məşğul olub, şəriət dərsliyi yazıb. M.F.Axundov və Əhməd Hüseynzadə (Əli bəy Hüseynzadənin babası – Ə.Ç.) kimi ziyalılarla ünsiyyəti olub. Axund Mustafa Zaqafqaziya Şeyxülislamının müavini və Qafqaz vilayətinin baş qazisi vəzifələrinə qədər yüksəlib.
Axund Mustafa 1874-cü il martın 1-də Tiflis-Kutaisi Şiə Quberniya məclisinə üzv seçilir, bu illərdə əsasən maarif məsələləri ilə məşğul olur, məktəb və dərsliklərin yaradılması işinə nəzarət edirdi.