Talıb Talıbov

Talıb Azay oğlu Talıbov (6 iyun 1992; Birinci Şahsevən, Beyləqan rayonu, Azərbaycan — 6 dekabr 2020; Hadrut, Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.

Talıb Talıbov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Birinci Şahsevən, Beyləqan rayonu, Azərbaycan
Vəfat tarixi (28 yaşında)
Vəfat yeri Hadrut, Xocavənd rayonu, Azərbaycan
Atası Azay Talıbov
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2010–2011 / 2020
Rütbəsi Çavuş
Vəzifəsi atıcı
Döyüşlər İkinci Qarabağ müharibəsi
  Füzulinin azad edilməsi
  Hadrutun azad edilməsi

Həyatı

Talıb Talıbov 6 iyun 1992-ci ildə Beyləqan rayonunun Birinci Şahsevən kəndində Azay Talıbovun ailəsində anadan olmuşdur.[1] 1998–2009-cu illərdə Ə. Rüstəmov adına Beyləqan rayon Birinci Şahsevən kənd 2 nömrəli tam orta məktəbdə təhsil almışdır. Ailəli idi.

Hərbi xidməti

Talıb Talıbov bir müddət Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə xidmət etmişdir. Hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq hərbi xidmət qulluqçusu olmuş və "çavuş" rütbəsiylə hərbi xidmətinə davam etmişdir.

Azərbaycan Ordusunun əsgəri olan Talıb Talıbov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində atıcı olaraq iştirak etmişdir. FüzulininXocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur.

2020-ci ilin sentyabr-noyabr aylarında Azərbaycan-Ermənistan arasında baş verən və Azərbaycanın qələbəsi ilə sona çatan İkinci Qarabağ müharibəsi bitdikdən sonra Talıb Talıbov xidmətini Xocavənd rayonunda yerləşən "N" saylı hərbi hissədə davam etdirmişdir. Talıb Talıbov 6 dekabr 2020-ci ildə Xocavənd rayonunun Hadrut qəsəbəsində xidmət edərkən şəhid olmuşdur. Doğulduğu Beyləqan rayonunda dəfn olunmuşdur.

İstinadlar

  1. "Şəhid Talıb Talıbov haqqında məlumat kartı". www.seferberlik.gov.az (az.). 06.12.2020. 2021-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 03.04.2022.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.