Talıb Musayev

Talıb Qurban oğlu Musayev (1 yanvar 1908, Hüseynquluağalı, Yeni Bəyazid qəzası4 aprel 2005, Bakı) — Azərbaycan və Ermənistan sovet ictimai-siyasi dövlət xadimi. Basarkeçər rayonu partiya komitəsinin birinci katibi. Ermənistan SSR Ali Soveti sədrinin birinci müavini.

Talıb Musayev
aprel 1946 1953
ƏvvəlkiMeloyan
bayraq
Ermənistan Kommunist Partiyası Qarabağlar Rayon Komitəsinin birinci katibi
bayraq2
1942 aprel 1946
Əvvəlkiİbiş Abbasov
SonrakıCəfər Vəlibəyov
bayraq
Basarkeçər Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri
bayraq2
1939 1942
Şəxsi məlumatlar
Doğum tarixi 1 yanvar 1908(1908-01-01)
Doğum yeri
Vəfat tarixi 4 aprel 2005(2005-04-04) (97 yaşında)
Vəfat yeri
Dəfn yeri
Təhsili
Fəaliyyəti siyasətçi
Uşağı

Maksim Musayevin atası.[1]

Həyatı

Talıb Musayev 1908-ci ildə Basarkeçər rayonu Nərimanlı kəndində anadan olmuşdur. 1936-cı ildə Basarkeçər rayon komsomol komitəsinə I katib seçilir. 1937-ci ildə onu rayon partiya komitəsinin III, bir az sonra isə II katibi seçilər. 1938-ci ildə Zodda ekstern imtahanla tam orta təhsil haqda attestat alaraq, İrəvan pedaqoji institutuna qiyabi daxil olur. 1943-cü ildə ali təhsil diplomu ilə institutu bitirir.

1939-cu ildə Basarkeçər Rayon İcraiyyə komitəsinin sədri, 1942-ci ildə Qarabağlar, 1946-cı ildə isə Basarkeçər Rayon Partiya Komitəsinin I katibi təyin olunur. 1948-ci ildə vəzifəsinin icrasında qalmaqla Moskvada Marksizm-Leninizm kursunu da oxumuşdur.

Basarkeçər rayonu Partiya Komitəsinin birinci katibi, Ermənistan SSR Ali Sovetinin sədrinin birinci müavini, Bir necə dəfə Ermənistan SSR Ali Sovetinin parlamentinə üzvü seçilmişdir.

Azərbaycan Respublikası Prezidentinin təqaüdçüsü olmuşdur.

Kitabları

  • Ermənilər və faciələrimiz. Bakı, 2008

İstinadlar

  1. "Maksim Musayev. Atam Talıb Musayev. Bakı, "Nurlar", 2008". 2022-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-21.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.