Talıb Məmmədov

Talıb Gürşad oğlu MəmmədovAzərbaycanlı hərbi rəhbər. 2004-cü ilə qədər Azərbaycan Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin rəisi olub. 2004-2006-cı illərdə Azərbaycanın Pakistandakı hərbi attaşesi işləyib. General-leytenant rütbəsinə malikdir.

Talıb Məmmədov
Şəxsi məlumatlar
Təhsili
Hərbi fəaliyyəti
Rütbəsi General-Leytenant
Döyüşlər Qarabağ müharibəsi və Əfqanistan müharibəsi

Həyatı

Talib Məmmədov 1981-ci ildə Bakı Ali Hərbi Məktəbini bitirib[1].

Talib Məmmədov Qarabağ müharibəsində və Əfqanıstan müharibəsində iştirak etmişdir. 1992-1993-cü illərdə Ağdamın müdafiəsinə rəhbərlik edib. Ağdamın müdafiəsinin uğursuz təşkilindən və şəhərin işğalından sonra tutuldu və bir neçə ay həbsxanada qaldı.

2004-cü ildə ölkə rəhbərliyi ilə qarşıdurma zamanı Talib Məmmədovun İlham Əliyevi Azərbaycan rəhbərliyində davamçı kimi qəbul etməməsi nəticəsində vəzifəsini itirdi[2] və Azərbaycanın Pakistandakı səfirliyinə hərbi attaşe olaraq göndərildi. Daha sonra vəzifəsi aşağı endirilərək Müdafiə Nazirliyinin Elmi Tədqiqatlar Hərbi Mərkəzinə köçürüldü. 2006-cı ildə Məmmədov bu vəzifədən geri çağırıldı və vəzifəsindən azad edildi.

İstinadlar

  1. "Выпускники БВОКУ — генералы". 2017-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-06.
  2. Э. Сарабский. Генералы своих судеб // Монитоp. № 54. 2004. aprel.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.