Taksedo Mask
Taksedo Mask (タキシード仮面, Takishīdo Kamen) — yapon manqaka Naoko Takeuçi tərəfindən yazılmış "Seylor Mun" manqa seriyasının əsas personajlarından biri. Əsl adı Mamoru Çibadır (地場 衛, Chiba Mamoru). Seylor döyüşçüləri komandası ilə birlikdə vuruşur. Şəxsiyyətini gizlətmək üçün Mamoru maska geyinir, düşmənlərə qarşı mübarizə aparır, Seylor döyüşçülərinə məsləhətlər verir və bəzən onlara döyüşdə kömək edir.
Taksedo Mask | |
---|---|
Taksedo Mask "Sailor Moon Crystal" animesindən. | |
Franşiz(lər) | "Seylor Mun" |
Yayın tarixi | "Seylor Mun" #1: "Usaqi - Seylor Mun" (1993) |
Yaradan | Naoko Takeuçi |
Manqada | var |
Animedə | var |
Profil | |
Əsl adı | Mamoru Çiba |
İngilis versiyası | Darien Şilds |
Növü | insan |
Cinsi | kişi |
Milliyəti | yapon |
Doğum tarixi | 3 avqust (Şir) |
Yaşı | 17-19 (manqa), 18-19 (anime) |
Boyu | 173 sm |
Qan qrupu | A(II) |
Ləqəb(lər)i | Şahzadə Endimion, Kral Endimion, Endo (manqa), Ay işığı cəngavəri (anime), Metariya Endimion (PGSM), Kosmos cəngavəri (myuzikllar) |
Komandaları | Seylor döyüşçüləri, Kölgə Qalaktika, Qaranlıq Krallıq |
Gücləri | enerjini idarə etmək, manipulyasiya etmək, qızılgüldən silah kimi istifadə etmək |
Digər Seylor döyüşçüləri kimi Taksedo Maskın da gücləri vardır. Gücləri Yer planeti ilə əlaqələnir. Psixi güclərə də malikdir, psixometr və sağaltma güclərinə sahibdir və bu gücləri hekayənin gedişində təkmilləşmişdir. Gücləri manqada əhəmiyətli yer tutsa da, animedə bu belə deyil. Manqa seriyasının baş qəhrəmanı Usaqi Tsukino ilə arasında sevgi münasibətləri vardır.
Çibiusa və Usaqi ona çox vaxt "Mamo-çan" deyə müraciət edirlər. DIC və Cloverway ingilis versiyalarında personaj Darien Şilds adlandırılıb və ona verilən ləqəb "Dar" ilə əvəzlənib.
Profil
Mamoru Çiba ilk öncə Mamoru Azabu məktəbində təhsil alan tələbə kimi peyda olmuşdur. Hekayə başlamazdan qabaq Mamoru 6 yaşında ikən valideynlərini bir avtomobil qəzasında itirmiş və yaddaşı pozulmuşdur.[1] Uzun müddət tək yaşayan Mamoru bir gün orta məktəb şagirdi Usaqi Tsukino ilə dostlaşmışdır. Seriyanın əvvəllərində Mamoruya tez-tez Şahzadə Serenitinin yuxuları görünmüşdür. Nə zaman Usaqi təhlükədə olarsa o, ağrılar hiss edir və Taksedo Maska çevrilir. Şahzadə Sereniti axtarmaqla keçmiş həyatı haqqında məlumat tapmağa çalışmışdır. Bununla yanaşı uzun müddət Əfsanəvi Gümüş Kristalı axtarmış və onunla əvvəlki xatirələrini bərpa edə biləcəyini düşünmüşdür. Animeyə görə bu kristalı axtarmağı yuxusunda Şahzadə Sereniti məsləhət görmüşdür. Mamoru digər personajlara nisbətən düşmənlər tərəfindən daha çox dəfə əsir alınmış və zehni ələ keçirilmişdir. Bunun səbəbi Mamorunun Usaqi üçün çox önəmli şəxs olmasıdır.
Mamoru ilə Usaqi arasındakı sevgi münasibətləri öz gizli şəxsiyyətlərini öyrənməzdən qabaq başlamışdır.[1] Onlar sevgili olduqdan sonra özlərini bir-birinə həsr edirlər. Sevgiləri bir çox sınaqdan çıxmışdır. Hətta manqada qısa müddət bir-birilərini qısqanmışdılar. Usaqi ona çox vaxt "Mamo-çan" (まもちゃん) deyə müraciət edir, Çibiusa da eyni ləqəblə onu çağırır. Usaqi ilə 2 il görüşdükdən sonra Mamoru Usaqiyə hava limanında nişan üzüyü vermişdir.[2] 6 il sonra isə onlar evlənmişdirlər.[3] Gələcəkdə Usaqi Yeni Kraliça Sereniti, Mamoru Kral Endimion olmuşdur. Uşaqları Balaca Leydi daha çox Çibiusa adı tanınır və Seylor döyüşçülərindən biridir.
Seriya boyunca Mamoru şəxsiyyəti və vəzifəsi ilə əlləşib-vuruşur. Sonda Seylor döyüşçülərinə qatılmışdır..[4] Mamoru üçün qərəzsiz və təmiz şəxsiyyət yaradılmışdır.[5] Mamoru həm də psixometr gücünə da malikdir. Bu bacarığı ancaq animedə göstərilmişdir, lakin bir ad verilməmişdir. Mamoru başqalarının yuxularını oxuya və görə, insanları sağalda, Yerin vəziyyətini nəzarətdə saxlaya bilər. Bu bacarıqları Qara Ay hekayəsinə qədər inkişaf etməmişdir[6] və bu güclərindən arabir istifadə etmişdir. Manqada Mamorunun sol qulağında sırğa vardır, lakin animedə bu xüsusiyyəti göstərilməmişdir.
Anime adaptasiyasında Mamoru rəhmdil şəxsdir və universitet tələbəsidir.[7] Mamoru müxtəlif mövzulara olan marağını nümayiş etdirir və ağıllıdır. Myuzikllarda Mamoru həkim olmaq istəyir.[8] Bir ara Rey Hino ilə görüşmüşdür, lakin əsl şəxsiyyətini müəyyən etdikdən sonra onunla sadəcə dost olmuşdur.
Seylor Munun döyüşlərinin çoxunda Taksedo Mask peyda olur və ona kömək edir. Qaranlıq Krallığa qarşı son döyüşdə Kraliça Metariya Usaqi və Mamorunu bədəninə çəkmişdir. Amma onlar güclərini birləşdirib Əfsanəvi Gümüş Kristal sayəsində onu daxildən məhv edə bilmişlər.[9] Taksedo Mask Qızıl Kristalın köməyi ilə öz gücünü Super Seylor Mun ilə qalan döyüşçülərin güclərini birləşdirə bilmişdir.[5] "Sonsuzluq" hekayəsində Taksedo Mask Seylor Mun ilə güclərini birləşdirərək növbəti hakimiyyəti yaratmışdır.[10]
Manqaya görə Mamoru Çiba sakit, çalışqan, mətnaətli və əsrarəngiz bir şəxsdir. Bu keyfiyyətlərinə görə oxuduğu məktəbdə ona pərəstiş edirlər.[11] Anime adaptasiyasında Mamoru bir çox seriyada görünmüşdür və Seylor Munun həyatında əhəmiyyətli yer tutur. Animedə istifadə etdiyi hücumlar manqadakına çox oxşardır, amma adlandırılmamışdır.
Aspektlər və formalar
Mamoru Çiba müxtəlif təcəssümlərə, xüsusi bacarıqlara, çevrilmələrə və uzunömürlülüyə malikdir. Uzunömürlülüyü sayəsində mamoru Gümüş Minillik dövründən XXX əsrə qədər yaşaya bilmişdir.
Taksedo Mask
Mamoru Çiba öz şəxsiyyətini gizlətmək üçün çox vaxt Taksedo Mask kimi maskalanır. Bu şəkildə uzun müddət Əfsanəvi Gümüş Kristalı axtarmış, sonda Seylor döyüşçülərinə qoşulmuşdur. Taksedo Mask ağ maska, qırmızı xətli qara papaq, qara frak geyinir. Animedə və teleserialda Taksedo Mask özü birlikdə qara dəyənək gəzdirir, bu dəyənəyindən qılınc kimi istifadə edir. Taksedo Mask Seylor Yer hesab edilir.[12]
İlk vaxtlar Taksedo Maskın xüsusi və adlanmış güclərinin olmadığı göstərilmişdir, lakin daim Seylor döyüşçülərinə çətin anda kömək etməyə gəlir. Hekayənin əvvəlində Mamoru Taksedo Maska iradəsi ilə çevrilə bilmir, bu hadisə Seylor Mun təhlükədə olduqda baş verir. Hekayənin birinci hissəsinin başa çatmasından sonra Mamoru öz iradəsi ilə Taksedo Maska çevrilə bilir: ətrafa qızılgül atır, daha sonra rənglər dəyişir, smokinqi və maskası peyda olur.[13] Növbəti seriyalarda Taksedo Maskın çevrilməsi ani göstərilir.[14]
Manqada Mamoru Çiba kristalı axtarmaq işini adi oğru kimi başlayır. Luna Usaqiyə ona güvənməməyi məsləhət görür, amma onların sevgisini və əsl şəxsiyyətlərini gördükdən sonra yumşalır. Animedə Taksedo Mask daha çox bir xilasedici kimi təsvir olunur.[15]
Hekayənin dördüncü hissəsində Helios Qızıl Krallığın şahzadəsi Elision olduğunu aşkar etdikdən sonra Taksedo Maskın qəhrəman kimi əhəmiyyəti artmışdır. Bu hadisə onun Qızıl Kristalı əldə etməsindən sonra baş vermişdir. Qızıl Kristal Yerin Gümüş Kristalıdır.
Şahzadə Endimion
Şahzadə Endimion (プリンス・エンディミオン, Purinsu Endimion) Gümüş Minillik dövründə Yer Krallığının şahzadəsi və Mamoru Çibanın əvvəlki həyatındakı şəxsiyyətidir. Şahzadə Endimion Qızıl Krallıqda yaşamışdır və Yeri buradan qorumuşdur. Lakin bu dövrdə Helios ilə Endimion görüşməmişdirlər, hər ikisinin də əsas məqsədi Yeri qorumaq olmuşdur.[15] Endimion 4 cəngavərdən ibarət Sitenno tərəfindən qorunmuşdur.[16] Şahzadə Endimion Ay şahzadəsi Şahzadə Serenitiyə vurulmuşdur və Yer ilə Ay insanlarının görüşməsi qadağasında qulaq asmamışdır. Manqada Beril Endimionu keçmişdə öldürmüşdür.[17] Amma animedə Endimionu Kraliça Metariya tərəfindən öldürüldüyü göstərilmişdir.[18]
Manqada Şahzadə Endimion sakit həyat tərzi sürən müsbət personajdır, əvvəlki həyatı sirlidir. Mamoru Şahzadə Endimiona özbaşına çevrilmir, lakin Taksedo Mask kimi onun güclərindən istifadə edir. "Qaranlıq Krallıq" hekayəsində Mamorunun zehni Kraliça Metariya tərəfindən ələ keçirilmiş və ona Endo deyə xitab edilmişdir və hər kəs onu Motoki Furuhatanın dostu zənn etmişdir. Qaranlıq Krallığa xidmət verərkən Mamoru Çiba Endimionun şər formasına çevrilmişdi.[19] Animedə Mamoru Şahzadə Endimiona çevrilə bilir, lakin bu əsasən Usaqinin Şahzadə Serenitiyə çevrildiyi an baş verir. Manqada Şahzadə Endimion qara zireh geyinir.
Teleserialda Endimion ağ paltar geyinir, teleportasiya gücünə malikdir. Daha sonra bədəni Kraliça Metariya tərəfindən ələ keçirilmiş, zirehi və aksesuarları qara rəngə çevrilmiş, Metariya Endimion adını almışdır.
Kral Endimion
XXX əsrin Kristal Tokiosunda Mamoru Çiba Kral Endimiondur. Kral Endimion Yeni Kraliça Serenitinin əri, Çibiusanın atasıdır. Kral kimi libası ağ və lavanda rəngli smokinqdən və kral əsasından ibarətdir. Kral Endimion ilk dəfə manqanın 18-ci aktının sonunda peyda olmuşdur. Bu zaman onun əsl bədəninin məhv olduğu, sadəcə ruhunun yaşadığı qeyd olunmuşdur.[20] Bu zaman Seylor döyüşçüləri və onun keçmiş forması köməyə gəlmişdir. Onlar öyrənmişdilər ki, Kral Endimion Gümüş Kristala görə yaşlanmamışdır. Kral Endimion Taksedo Maska ilk hücumu olan Taksedo La Smokinq Bombasından istifadə etməsinə kömək etmişdir.[20] Şahzadə Endimion Ölü Aya qarşı döyüşün sonunda Helios tərəfindən kral əsasına və Qızıl Kristala sahib olduqdan sonra kral olmuşdur. Bundan sonra Taksedo Mask və Seylor Mun gələcəkdəki hallarına, Seylor döyüşçüləri planetlərinin şahzadələrinə çevrilmişdirlər.[5] Bundan sonra Taksedo Mask bu forması ilə bir daha peyda olmamışdır.
Animeyə görə Kral Endimion ancaq gələcəkdə Balaca Leydinin atası və Kristal Tokionun kralıdır. İngiliscə versiyada Kral Endimiona əsasən "Kral" və ya "Yer kralı" kimi müraciət edilir.[21]
Ay işığı cəngavəri
Ay işığı cəngavəri (月影の騎士, Tsukikage no Naito) ancaq animedə görünmüşdür. Usaqi normal bir qız olmağı arzulayanda Mamoru da daxil olmaqla hər kəsin xatirələri yoxa çıxmışdır. Mamoru Usaqini yenə də şüurlu şəkildə qorumaq istəsə də, xatirələri yoxa çıxdığından Ay işığı cəngavərinə çevrilmişdir.[22] Mamoru yaddaşına qovuşduqdan sonra Ay işığı cəngavəri şəxsiyyəti də yox olmuşdur.
İstehsal
Naoko Takeuçi Taksedo Maskı yaradarkən ideal kişi obrazından istifadə etmişdir.[23] O, Mamorunu "güclü, sakit, möhkəm, kiçik Kapitan Harlok" adlandırır.[24] Naoko Taksedo Maskın seriyada böyük rol almasını istəmişdir.[25]
"Mamoru Çiba" Makoto Kinonun adı üçün prototip olmuşdur.[26] Çiba sözünün kandzi mənası "Yer" (地, chi) və "məkan" (場, ba) şəklindədir. Hər ikisi birlikdə "yerli" mənasını verir, bu isə Mamoru Çibanın əsl şəxsiyyətinə — Yer şahzadəsinə işarədir. Mamoru sözü "qorumaq" (衛, mamoru) kimi tərcümə olunur. İngilis versiyasında istifadə edilən "Darien" adı "qoruyucu" deməkdir. O, nadir hallarda soyadından istifadə edir. İngilis versiyasında tam adı Darien Şildsdir.[27] DiC-in ingiliscə dublajının reklamında Taksedo Mask adı "Maskalı Smokinq" şəklində verilmişdi.[28] İlkin dublajda Mamoru adının Mark ilə əvəzlənməsi fikri vardı.
Başlanğıcda Naoko Takeuçi Mamoru Çiba üçün "Müəmmalı 2098 sifət" kod adından istifadə etmişdir. O, daha sonra buna görə xəcalət çəkdiyini ifadə etmişdir.[29] Naoko Taksedo Maskın təsvirini çəkməkdə çətinlik çəkmişdir, buna görə də manqanın əvvəllərində Taksedo Maskın kostyumunun bəzi hissələri tamamlanmamış qalmışdı.[30] Naoko daha sonra Seylor Qalaksiyanın kostyumu ilə bağlı eyni problemi yaşamışdır.
Endimion adı isə yunan mifologiyası ilə əlaqədirdir. Yunan mifologiyasına görə Endimion Ay ilahəsi Selenaya vurulmuşdur.[31]
Həmçinin bax
İstinadlar
- Takeuchi, Naoko. Act 3 // Pretty Soldier Sailor Moon Volume 1. Kodansya. July 6, 1992. ISBN 4-06-178721-7.
- Takeuchi, Naoko. Act 43 // Pretty Soldier Sailor Moon Volume 16. Kodansya. September 6, 1996. ISBN 4-06-178841-8.
- Takeuchi, Naoko. Act # // Pretty Soldier Sailor Moon Volume 18. Kodansya. April 4, 1997. ISBN 4-06-178858-2. ISBN.
- Takeuchi, Naoko. Act 37 // Pretty Soldier Sailor Moon Volume 13. Kodansya. ISBN 4-06-178820-5.
- Takeuchi, Naoko. Act 42 // Pretty Soldier Sailor Moon Volume 15. Kodansya. July 5, 1996. ISBN 4-06-178835-3.
- Takeuchi, Naoko. Act 23 // Pretty Soldier Sailor Moon Volume 5. Kodansya. November 6, 1993. ISBN 4-06-178764-0.; An Angel? A Devil? Mysterious Girl from the Sky // Sailor Moon R. 60 epizod.
- Usagi's Dance, In Time to a Waltz // Sailor Moon S. 108 epizod.
- Kakyu Ouhi Kourin (The Coming of Princess Kakyu) // Sailor Moon Musical. Part 1; Before Kaze no Shijin; Saito Kun (Kunzite):"Are you going to be a doctor?" Mamoru:"Yeah"
- Takeuchi, Naoko. Act 13 // Bishoujo Senshi Sailor Moon Volume 4. Kodansya. July 6, 1993. ISBN 4-06-178753-5.
- The Rod of Love is Born! Usagi's New Transformation // Sailor Moon S. 91 epizod.
- Takeuchi, Naoko. Act 16 // Pretty Soldier Sailor Moon Volume 5. Kodansya. November 6, 1993. ISBN 4-06-178764-0.
- "Naoko Takeuchi at the San Diego Comic Con!". Smile magazine. December 1998. 2012-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-07-31.
Instead of Sailor Earth, there's Tuxedo Mask.
- The Sparkling Silver Crystal! The Moon Princess Appears // Sailor Moon. 34 epizod.
- A House Full of Evil Presence! The Secret of the Beautiful Girl, Hotaru // Sailor Moon S. 113 epizod.
- Takeuchi, Naoko. Act 40 // Pretty Soldier Sailor Moon Volume 14. Kodansya. March 6, 1996. ISBN 4-06-178826-4. said by Helios.
- Takeuchi, Naoko. Act 9 // Bishoujo Senshi Sailor Moon Volume. Kodansya. September 6, 1992. ISBN 4-06-178731-4.
- Takeuchi, Naoko. Act 10 // Pretty Soldier Sailor Moon Volume 3. Kodansya. April 6, 1993. ISBN 4-06-178744-6.
- Usagi's Awakening! A Message From the Distant Past // Sailor Moon. 44 epizod.
- Takeuchi, Naoko. Act 11 // Pretty Soldier Sailor Moon Volume 3. Kodansya. April 6, 1993. ISBN 4-06-178744-6.
- Takeuchi, Naoko. Act 19 // Pretty Soldier Sailor Moon Volume 5. Kodansya. November 6, 1993. ISBN 4-06-178764-0.
- Holiday in Juban City! A Carefree Princess // Sailor Moon Supers. 146 epizod.
- True Love Awakens! The Doom Tree's Secret // Sailor Moon R. 59 epizod.
- "Interview of Naoko Takeuchi at the San Diego Comic-con". 2012-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-17.
- Holzer, Stefanie. . Translated by Mrs. Okishita from Kodansya. "Interview mit Naoko Takeuchi". AnimaniA (German) (30). July–August 1999.
- Takeuchi, Naoko. Pretty Soldier Sailor Moon Volume I Original Picture Collection. Kodansya. August 1994. ISBN 4-06-324507-1.
- Takeuchi, Naoko. Pretty Soldier Sailor Moon Original Picture Collection Volume Infinity. June 1997.
- Takeuchi, Naoko. Act 1 // Sailor Moon. TokyoPop. April 1998. ISBN 4-06-334783-4.
- DiC Sailor Moon Promotional Video // Sailor Moon. DiC. Various.
- Takeuchi, Naoko. Punch! // Bishoujo Senshi Sailor Moon shinsouban Volume 3. Kodansya. October 23, 2003. ISBN 4-06-334783-4.
- Takeuchi, Naoko. Punch! // Pretty Guardian Sailor Moon shinsouban Volume 2. Kodansya. September 22, 2003. ISBN 4-06-334777-X.
- Bulfinch, Thomas. Bulfinch's Mythology. Modern Library. 1998. ISBN 0-375-75147-5.
Xarici keçidlər
- Taksedo Mask VikiMunda
- Taksedo Mask Seylor Mun Vikisində.
- Taksedo Mask (anime) Seylor Mun Vikisində.