Takistan

Takistan - İranın Qəzvin ostanının şəhərlərindən biri və Takistan şəhristanının inzibati mərkəzidir.

Takistan
36°04′10″ şm. e. 49°41′45″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.265 m
Əhalisi
Əhalisi
  • 80.299 nəf. (2016)[1]
Rəqəmsal identifikatorlar
Telefon kodu +98 282
Digər
takestancity.ir
Takistan xəritədə
Takistan
Takistan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 73,625 nəfər və 18,685 ailədən ibarət idi.[2]

Bu şəhərin əhalisi Azərbaycan türklərindən və tatlardan ibarətdir, azərbaycantati dillərində danışırlar.

Məzhəb baxımından əhalisi şiədirlər.

Şəhərin hazırkı farsca adı olan Takistan farsca "üzümlük, üzüm bağı, meynəlik, tənəklik" mənalarını daşıyan "takistan" sözündəndir.

İstinadlar

  1. جمعیت به تفکیک تقسیمات کشوری (fars.).
  2. ""Census of the Islamic Republic of Iran, 1385 (2006)"". 2011-11-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-07-02.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.