Takapoto
Takapoto (fr. Takapoto) — Tuamotu arxipelaqına daxil olan atoll (Fransa Polineziyası). Taitidən 560 km şimal-şərqdə, Takaroadan 8 km cənub-qərbdə yerləşir.
Takapoto adası | |
---|---|
fr. Takapoto | |
Ümumi məlumatlar | |
Sahəsi | 15 km² |
Uzunluğu |
|
Eni | 67 km |
Əhalisi | 472 nəfər (2007-ci il) |
Yerləşməsi | |
14°37′ c. e. 145°12′ q. u. | |
Ölkə | Fransa Polineziyası |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiya
Dairəvi formaya malikdir. Uzunluğu 20 km, eni 6 km təşkil edir. Atollun sahəsi 15 km²-dir. Daxilində laqun vardır. Laqun okean sularından tam təcrid olunmuşdur.
Tarixi
Ada ilk dəfə 1616-ci ildə holland səyyahları Villem Shouten və Yakob Lemer tərəfindən kəşf edilir.
İnzibati bölgüsü
İnzibati baxımından Takaroa kommunasına daxildir.
Əhali
2007-ci il məlumatına görə adada 472 nəfər yaşayır. Fakatopatere əsas yaşayış məntəqəsidir. Yerli əhalinin əsas məşğuliyyəti Kopra istehsalı, mirvari toplamaq və balıqçılıqdır. Adada eniş-uçuş zolağı vardır.
Mənbə
- Ada haqqında informasiya (ing.)
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.