Tahirli (Cəlilabad)

TahirliAzərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd.

Tahirli
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 370 nəf. (2009)

Toponimikası

  • Tahirli oyk., düz.
  • Cəlilabad r-nunun Cəngan i.ə.v.-də Burovar silsiləsinin ətəyindədir;
  • Yardımlı r-nunun Ərus i.ə.v.-də kənd. Burovar silsiləsinin ətəyindədir. Oykonim Tahir antroponimi və -li mənsub, bildirən şək.-dən ibarətdir. Yaşayış məntəqəsini Ərus kənd icmasından Tahir adlı şəxs ona məxsus binə yerində saldığına görə belə adlandırılmışdır.[1]

Coğrafiyası və iqlimi

Tahirli kəndinin iqlimi mülayim və qismən suptropikdir. Əsasən taxılçılıq, maldarlıq, kartofçuluq və üzümçülük inkişaf etmişdir.

Əhalisi

Əhalisinin əksəriyyətini gənclər və uşaqlar təşkil edir. Burada yaşlı təbəqə kənd əhalisinin 7–9 faizini təşkil edir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 370 nəfər əhali yaşayır.[2]

Tanınmış şəxsiyyətləri

İqtisadiyyatı

İqtisadiyyatı çox aşağıdır. Burada əsasən kənd təsərrüfatının ayrı-ayrı sahələri inkişaf edib və edir. Ağır sənaye və yeyinti sənayesi tam sıfır səviyyəsindədir. Kəndin yolları bərbaddır, İşıq fasilələrlə verilir, qaz isə tamamilə yoxdur.

Həmçinin bax

Xarici keçidlər

İstinadlar

  1. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  2. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.