Tahir Tağızadə

Tahir Tofiq oğlu Tağızadə (11 avqust 1967, Nijni Novqorod) — Azərbaycan diplomatı. Azərbaycan Respublikasının Macarıstandakı Fövqəladə və səlahiyyətli səfiri.

Tahir Tağızadə
azərb. Tahir Tofiq oğlu Tağızadə
bayraq
Azərbaycan Respublikasının
Macarıstanndakı
Fövqəladə və səlahiyyətli səfiri
bayraq2
Vəzifədədir
23 iyul 2021[1]
ƏvvəlkiVilayət Quliyev
9 iyul 2014[2] 26 iyul 2021[1]
ƏvvəlkiFəxrəddin Qurbanov
SonrakıElin Süleymanov
bayraq
Azərbaycan Respublikasının
Çexiyadakı
Fövqəladə və səlahiyyətli səfiri
bayraq2
22 fevral 2007[3] 9 iyul 2014[2]
SonrakıElin Süleymanov
Şəxsi məlumatlar
Doğum tarixi 11 avqust 1967(1967-08-11) (56 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti diplomat
Atası Tofiq Tağızadə
Həyat yoldaşı Ülviyyə Tağızadə
Uşağı 2

Həyatı

Tahir Tağızadə 1967-ci ildə Rusiyanın Qorki (hal-hazırda Nijni Novqorod) şəhərində anadan olub.[3] Orta təhsilini Bakıda alıb. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu qırmızı diplomla bitirib.[3]

Diplomat karyerası

1990-95-ci illərdə SSRİ-nin, daha sonra Rusiyanın Çexoslovakiyanın Brno şəhərindəki Baş Konsulluğunda işləyib.[3] 1995-ci ildə Bakıya qayıdıb. 1996-cı il yanvarın 1-də Azərbaycan XİN-in ABŞ, Kanada və Avropa İdarəsinin 2-ci katibi təyin olunub.[3] 1997-ci ildə Azərbaycanın ABŞ-dəki səfirliyinə göndərilib, orada 8 il çalışıb, əvvəlcə 2-ci, sonra 1-ci katib olub.[3] Daha sonra mərkəzə çağırılıb, XİN-in Mətbuat və İnformasiya İdarəsinin rəhbəri vəzifəsini tutub.[3]

2007-ci il fevralın 22-də Azərbaycan prezidenti İlham Əliyevin fərmanı ilə Azərbaycanın Çexiyada fövqəladə və səlahiyyətli səfiri təyin olunub.[3] 2014-cü il iyulun 9-da Azərbaycan prezidenti İlham Əliyevin fərmanı ilə Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığıda fövqəladə və səlahiyyətli səfiri təyin olunub.[2] 2021-ci il iyulun 23-də Azərbaycan prezidenti İlham Əliyevin fərmanı ilə Azərbaycanın Macarıstanda fövqəladə və səlahiyyətli səfiri təyin olunub.[1]

Şəxsi həyatı

Evlidir.[4] İngilis, rus, çex və slovak dillərini bilir.

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.