Tahir Salahovun ev-muzeyi
Tahir Salahovun ev-muzeyi — Azərbaycanlı rəssam, Sosialist Əməyi Qəhrəmanı[2], SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, SSRİ xalq rəssamı, professor Tahir Salahovun xatirə muzeyi. Muzey Bakıda "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun İlyas Əfəndiyev küçəsində yerləşir.[3]
Tahir Salahovun ev-muzeyi | |
---|---|
| |
Əsası qoyulub | 2012 |
Açılış tarixi | 2012 |
Ölkə | |
Yerləşir | Azərbaycan, Bakı, İlyas Əfəndiyev küçəsi |
Direktor | Səadət Mirzəyeva[1] |
Telefon | (+ 994 12) 492-10-80 |
İş rejimi | 09:00 -18:00 |
40°21′58″ şm. e. 49°50′04″ ş. u. | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixçəsi
2011-ci il oktyabrın 13-də Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Tahir Salahovun Ev muzeyinin yaradılması haqqında sərəncam imzalayıb.[4] Muzey “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən 2012-ci ildə yaradılıb.
Ekspozisiya
Muzey ekspozisiyası Azərbaycan rəssamı Tahir Salahovun həyat və fəaliyyətinə həsr olunub. Rəssam ev muzeyinə 735 eksponat hədiyyə edib. Onlar arasında özünün rəsm əsərləri, şəxsi əşyaları, xalça kolleksiyası və fotoarxiv var. Ekspozisiya 3 mərtəbədə yerləşir. Muzeyin 3-cü mərtəbəsində Tahir Salahovun emalatxanası yerləşir.
Muzeyin kolleksiyasında 798 eksponat var.[5]
İstinadlar
- AzərTAc. "İçərişəhərdə rəssam Tahir Salahovun ad günü qeyd olunub" (az.). Youtube.com. 29.11.2017. 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-29.
- "Салахов Таир Теймур оглы". 2020-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-16.
- ""Tahir Salahovun ev–muzeyi" İçərişəhərin bir tərkib hissəsinə çevrilib". 2018-09-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-08-16.
- "Tahir Salahovun ev-muzeyinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-16.
- CBC. "Tahir Salahov-89" (az.). Youtube.com. 02.12.2017. İstifadə tarixi: 2017-12-04.