Tahir Rüstəmov

Tahir Aydın oğlu Rüstəmov (5 oktyabr 1959, Mahrızlı, Ağdam rayonu) — Əməkdar jurnalist, yazıçı.

Tahir Rüstəmov
Tahir Aydın oğlu Rüstəmov
Doğum tarixi 5 oktyabr 1959(1959-10-05) (64 yaş)
Doğum yeri
İxtisası Jurnalistika
Təhsili
Mükafatları Əməkdar jurnalist

Həyatı

Tahir Rüstəmov 1959-cu il oktyabrın 5-də Ağdam rayonunun Mahrızlı kəndində doğulmuşdur. 1983-cü ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib təyinatla o vaxtkı Dövlət Teleradio Komitəsində işləməyə başlayıb. Ali təhsili fərqlənmə diplomu ilə, yüksək göstəricilərlə başa vurmuşdur. “Xəbərlər” baş redaksiyasında mövcud qaydaya uyğun olaraq kiçik redaktor kimi işə başlayan universitet məzunu 6 aydan sonra redaktor, 1 ildən sonra isə böyük redaktor vəzifəsinə irəli çəkilmişdi.[1]

1991-ci ilin avqustunda Moskvada Qorbaçovla Yeltsinin “QKÇP” oyunu kollektivin “Kommunist” adından imtina etməsi ilə nəticələndi. Kommunist Partiyasının ləğvindən bir neçə gün, Azərbaycanın SSRİ-dən çıxmasından 50 gün, SSRİ-nin buraxılmasından 4 ay əvvəl “Kommunist” adı dəyişdirilib “Xalq qəzeti” qoyuldu. Onun bu dövrdəki analitik və polematik yazılarının əsas mövzusu Qarabağ müharibəsində qələbənin, cəmiyyətdə milli birliyin təmin edilməsi, dövlət müstəqilliyinin möhkəmləndirilməsi məsələləri idi.

Qəzetə keçəndən sonra da Tahir teleradio ilə əlaqələrini kəsmədi. Azərbaycan Televiziyasında “Kitab köşkü”, “Publisist studiyası” proqramlarının aparıcılarından idi. “Səhər” proqramında “Qəzetlərin xülasəsi”nin yaradıcısı və bir neçə il aparıcısı oldu. Radio proqramlarında ardıcıl olaraq aktual mövzulara münasibətini bildirib, səfər təəssüratlarını geniş dinləyici auditoriyasına çatdırıbdır. Bu gün də Tahirin səsi tez-tez ekrandan və efirdən eşidilir. Hazırda İstanbulda qurulmaqda olan ümumtürk musiqi kanalının Azərbaycan təmsilçisi də Tahir Aydınoğludur.

Son illərdə Tahir Aydınoğlunun Azərbaycan demokratik mətbuatının yaradıcıları, sütunları olan Həsən bəy Zərdabi, Cəlil MəmmədquluzadəÜzeyir Hacıbəyovla bağlı ardıcıl yazıları, nəşr etdirdiyi kitablar, çəkilişində iştirak etdiyi filmlər, televerilişlər onu tədqiqatçı jurnalist kimi geniş auditoriyaya çıxarmışdır.[1]

İstinadlar

  1. "Tahir Rüstəmov". 2021-03-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-04.

Xarici keçidlər

Tanınmış jurnalist ürəyindən əməliyyat edildi

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.