Tahir Məmmədov (rəssam)

Tahir Hidayət oğlu Məmmədov (1 mart 1946, Bakı) — Azərbaycan rəssamı və fotoqrafı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti, Azərbaycan Respublikasının əməkdar rəssamı (2002).

Tahir Məmmədov
Tahir Hidayət oğlu Məmmədov
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti rəssam, fotoqraf
Təhsili Azərbaycan Dövlət Rəssamlıq Məktəbi;
Azərbaycan Dövlət İncəsənət İnstitutu
Mükafatları "Azərbaycan Respublikasının əməkdar rəssamı" fəxri adı  — 2002 "Humay" mükafatı — 2004 "Soltan Məhəmməd" mükafatı — 2001
3-cü dərəcəli "Əmək" ordeni  — 2021

Həyatı

Tahir Məmmədov 1 mart 1946-cı ildə anadan olmuşdur. O, 1967-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1976-cı ildə isə Mirzəağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmişdir. 1979-cu ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.[1]

Yaradıcılığı

Tahir Məmmədovun ilk fərdi sərgisi 1981-ci ildə Moskva şəhərində "Yunost" jurnalının təşkilatçılığı ilə keçirilib. Onun 1992-ci ildə Parisdə "Cite İnternationale Dez Arts" sərgisində fərdi yaradıcılıq sərgisi açılıb.[2] Bundan əlavə, Tahir Məmmədovun 1991-ci ildə ABŞ-də, 1992, 2003 və 2011-ci ildə Parisdə, 2005-ci ildə Belçikada, 2010, 2012, 2013-cü ildə Moskvada fərdi sərgiləri keçirilmişdir.[3] O, həmçinin, "Ənənəvilik və müasirlik" adlı I və II beynəlxalq foto müsabiqələrində birinci yerə çıxmışdır.[4]

Tahir Məmmədov Azərbaycanda ilk bədii fotoqrafiya haqqında kitabın müəllifidir.[3] Onun əsərləri Moskvada Tretyakov qalereyasında, "Şərq Xalqları" muzeyində, Bədii Sərgilər Direktorluğunun Fondunda, Parisdə "Edmon Rozenfeld" qalereyasında, "ARTS Turnelle" sərgi salonunda, ABŞ, Almaniya, YaponiyaTürkiyədə şəxsi kolleksiyalarda saxlanılır.[1][2]

Mükafatları

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.