Tahir Kərimov

Tahir Abuzər oğlu Kərimov (1961, Sədərək, Noraşen rayonu) — Salyan Rayon İcra Hakimiyyətinin başçısı (2011–2016), Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı (2006–2011).

Tahir Kərimov
bayraq
Salyan Rayon İcra Hakimiyyətinin başçısı
bayraq2
18 fevral 2011 4 mart 2016
ƏvvəlkiƏliağa Hüseynov
SonrakıSevindik Hətəmov
bayraq
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı
bayraq2
16 fevral 2006 18 fevral 2011
ƏvvəlkiFəxrəddin Cabbarov
SonrakıƏhəd Abıyev
Şəxsi məlumatlar
Doğum tarixi 1961
Doğum yeri
Partiya
Fəaliyyəti dövlət xadimi

Həyatı

Tahir Kərimov 1961-ci ildə Naxçıvan Muxtar Respublikasının Sədərək kəndində anadan olub. Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunu bitirib.

1979-cu ildə Azərbaycan SSR Mənzil Kommunal Nazirliyinin Mənzil Kommunal kontorunda əmtəəşünas vəzifəsində çalışıb. 1979–1981-ci illərdə hərbi xidmətdə olub.

1981–1989-cu illərdə Azərbaycan Respublikası Mənzil Kommunal Nazirliyinin mənzil Kommunal kontorunda fəhlə, çilingər, əmtəəşünas, iqtisadçı, şöbə rəisi, mühasib, baş mühasib vəzifələrində işləyib.

1989–1991-ci illərdə Sənaye Tikinti Birliyində baş mühasib vəzifəsində çalışıb. 1991–1995-ci illərdə "Ümid" İstehsalat Assosiasiyasının Prezidenti olub. 1995–2001-ci illərdə H. Z. Tağıyev adına balıqhisləmə zavodunun direktoru vəzifəsində çalışıb.

2001–2002-ci illərdə "Caspian Fish" LTD şirkətinin baş direktoru vəzifəsində işləyib. 2003–2006-cı illərdə H. Z. Tağıyev adına Balıqhisləmə zavodunda direktor və idarə heyətinin sədri vəzifələrini icra edib.

2006–2011-ci illərdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 18 fevral 2011-ci il tarixli Sərəncamı ilə Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmiş, 4 mart 2016-cı ildə isə həmin vəzifədən azad edilmişdir.[1]

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, 4 övladı var.

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.