Tahir Əkbər

Tahir Əkbər (tam adı: Tahir İsmayıl oğlu Əkbərov; 20 yanvar 1946, Bakı2 mart 2018, Bakı) — Azərbaycanlı bəstəkar, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2012).

Tahir Əkbər
Ümumi məlumatlar
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (72 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Musiqiçi məlumatları
Fəaliyyəti bəstəkar, musiqişünas, pedaqoq
Fəaliyyət illəri 1969–2018
Janr Klassik musiqi
Mükafatları "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı  — 2012
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Tahir Əkbər 1946-cı il yanvarın 20-də anadan olub. Musiqiyə hədsiz həvəsi olduğundan 1960-cı ildə Dzerjinski adına musiqi məktəbinin fortepiano şöbəsinə daxil olub, 1965-ci ildə isə oranı bitirib.

Həmin ildə Həmzə Həkimzadə Niyazi adına Daşkənd musiqi nəzəriyyəsi şöbəsinə daxil olub, 1969-cu ildə də musiqişünas kimi təhsilini başa vurub. Tahir Əkbər 1970-ci ildə Muxtar Əşrəfi adına Dəşkənd Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsinə qəbul olub. Burada tanınmış bəstəkar, professor Boris Zeydmanın sonuncu azərbaycanlı tələbəsi olub. 1985-ci ildə keçmiş SSRİ Bəstəkarlıq İttifaqının, sonra isə Azərbaycan Bəstəkarlar Birliyinin üzvü olub. Tahir Əkbər müxtəlif janrlarda - xor musiqisi, simfonik və kamera əsərləri yaradıb. “Simfonik rənglər“, ilahiyyat mövzusunda yazdığı “Amin“ əsəri Azərbaycan peşəkar musiqisində yeni janrlar hesab olunur.

Tahir Əkbər 2 mart 2018-ci ildə vəfat etmişdir.[1][2] Qurd Qapısı məzarlığında dəfn olunmuşdur.[3]

Yaradıcılığı

Bəstəkarın bəstələdiyi onlarca mahnı, o cümlədən “Dərdin alım“, “Heç küsməyin yeridirmi?“, “Azərbaycan“, “Əzizim“, “Heyfim gəldi“, “Qalardım“, “Bir qız bir oğlanındır“, “Xəzəllərin rəqsi“ və başqa mahnılar görkəmli ifaçılarımız Şövkət Ələkbərova, Mirzə Babayev, Zeynəb Xanlarova və digər müğənnilər tərəfindən uğurla ifa olunub. Onun mahnıları nəinki Azərbaycan, hətta qardaş Türkiyə müğənnilərinin də ifalarında sevə-sevə səslənib. Buna misal olaraq Nəşə Karaböcəyi göstərə bilərik. Türkiyədə məşhur olan bu müğənni bəstəkarın “Heç küsməyin yeridirmi?“ mahnısını hər zaman repertuarına salıb. Tahir müəllimin “Amin“ mahnısı müğənni Brilyant Dadaşovanın ifasında Norveçdə Nobel mükafatının 100 illiyi ilə əlaqədar olaraq diskə salınıb və dünya xalqlarını sülhə çağıran bu disk Avropada yayılıb. Şanxayda keçirilən 8-ci Beynəlxalq Asiya müsabiqəsində Tahir Əkbərin “El oğlu, hay ver...“ əsəri 26 ölkədən finala çıxan qaliblərdən biri olub. Bu mahnı dünya azərbaycanlılarına ünvanlanan və onları həmrəyliyə çağıran əzəmətli bir əsərdir. Bunun davamı kimi Dünya Azərbaycanlılarının 2-ci qurultayı ərəfəsində Heydər Əliyevin xatirəsinə həsr etdiyi “Həmrəylik“ himni xor və simfonik orkestrin ifasında səslənib. 2006-cı il noyabr ayının 9-da filarmoniyada Bəstəkarlar Birliyinin təqdimatı və Azərbaycan Mədəniyyət Nazirliyinin sərəncamı ilə Tahir Əkbərin 60 illik yubileyi təntənəli surətdə keçirildi.[4]

  • "Olan olar".
  • Vokal və orkestr üçün kompozisiya. Söz. H. Arif (1990);
  • "Azəri" - klarnet və instrumental ansambl üçün rəqs (1999)
  • "Yarat" - vokal, xor və orkestr üçün poema-kompozisiya (2000)
  • 1990-1999-cu illərdə 30-dan artıq mahnı bəstələnib-

Mükafatları

Filmoqrafiya

  1. Zəlimxan dastanı (film, 2007)

İstinadlar

  1. "Görkəmli bəstəkar Tahir Əkbər vəfat etdi". 2018-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-02.
  2. APA TV. "Bəstəkar Tahir Əkbər 72 yaşında vəfat etdi" (az.). Youtube.com. 02.03.2018. 2022-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-03.
  3. ARB 24. "Bəstəkar Tahir Əkbər dəfn olundu" (az.). Youtube.com. 03.03.2018. 2022-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-03.
  4. "Arxivlənmiş surət". 2013-09-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-04-28.
  5. "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2012-ci il tarixli Sərəncamı". president.az (azərb.). Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. 14 sentyabr 2012, 18:30. 23 September 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 may 2016.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.