Tahir İbrahimov

Tahir İbrahimov (tam adı: Tahir Oruc oğlu İbrahimov; 1946, Cil, Krasnoselsk rayonu) — coğrafiya elmləri üzrə fəlsəfə doktoru, BDU-nun Fiziki coğrafiya kafedrasının dosenti.

Tahir İbrahimov
Tahir Oruc oğlu İbrahimov
Doğum tarixi 1946
Doğum yeri
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Elmi dərəcəsi coğrafiya elmləri üzrə fəlsəfə doktoru
Elmi adı
İş yerləri
Təhsili

Həyatı

Tahir İbrahimov 1946-cı ildə Qərbi Azərbaycanın Göyçə mahalının Cil kəndində qulluqçu ailəsində anadan olmuşdur. 1964-cü ildə Ardanış kənd orta məktəbinin on birinci sinfini bitirib, həmin ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) geoloji-coğrafiya fakültəsinin coğrafiya biologiya şöbəsinə daxil olmuşdur. 1969-cu ildə həmin fakültəni bitirmiş, coğrafiyaşünas-biologiyaşünas, coğrafiya və biologiya müəllimi ixtisası almışdır.[1]

Elmi fəaliyyəti

1990-cı ildə "Kür-Araz ovalığındakı qoruq və yasaqlıqların landşaftları və onların ekoloji şəraitini yaxşılaşdırma yolları" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək coğrafiya elmləri namizədi elmi dərəcəsini almışdır. Coğrafiya elmləri namizədi, dossentdir.

Əmək fəaliyyəti

Tahir İbrahimov 1971-ci ildən 2001-ci ilədək AMEA-nın akademik H.Əliyev adına Coğrafiya institutunda kiçik elmi işçi, elmi işçi və böyük elmi işçi vəzifələrində işləmişdir.

2003-cü ildən BDU-nun Fiziki Coğrafiya kafedrasında müəllim və baş müəllim vəzifələrində, 2005-ci ildən dosent əvəzi, 2008-ci ildən həmin kafedrada dosent vəzifəsində çalışır.

2003-cü ildən Fiziki coğrafiya kafedrasında «Materik və okeanların fiziki coğrafiyası» (bakalavrlar üçün), «İnsan və landşaft» (magistrantlar üçün) və «MDB ölkələrinin fiziki coğrafiyası» fənnlərini tədris etmişdir.

Tədqiqat sahəsi

Landşaftşünaslıq, Ekologiya, Qoruq və yasaqlıqlar, landşaftların mühafizəsi sahəsində bir sıra tədqiqat işləri aparmışdır.

Seçilmiş əsərləri

  1. “Sultanbud meşəsinin müasir vəziyyəti və onun yaxşılaşdırma yolları“ (Azərb. EA xəbərləri, №4, 1980)
  2. “Bəndovan dövlət yasaqlığının təbii şəraiti və səmərəli istifadə yolları“ (Azərb. SSR EA xəbərləri, №4, 1980),
  3. Azərbaycanda biosfer qoruqlarının təşkilinin bəzi məsələləri. (Azərb. SSR, EA XII elmi konf.mat.1981),
  4. «SSRİ qoruqlarının landşaft tipləri üzrə yerləşməsinin bəzi coğrafi qanunauyğunluqları (Azərb. SSR EA xəbərləri, №3, 1983),
  5. “Qoruq və yasaqlıqların təbii ehtiyatları“ (Azərbaycan Respublikasının konstruktiv coğrafiyası, II cild, 1999)
  6. Materiklərin və okeanların fiziki coğrafiyası Proqram (bakalavr üçün) Bakı-2007
  7. MDB ölkələrinin fiziki coğrafiyası Proqram(bakalavr üçün) Bakı-2007
  8. İnsan və landşaft Proqram(magistr üçün) Bakı-2007

Kitabları

  1. "Ландшафты заповедников и заказников Азербайджана", Баку, 2001.
  2. "Landşaftı qoruyaq", Bakı, 2003.
  3. "Ağgöl Dövlət qoruğu" nəş. Mars-Print, 2006,
  4. "Qızılağac Dövlət qoruğu"nəş. Mars-Print, 2006,
  5. "İsmayıllı Dövlət qoruğu"nəş. Mars-Print, 2007,
  6. "Biosfer qoruğu" nəş. Mars-Print, 2007,
  7. "Соверменные антропогенные ландшафты Кура-Аразской низменности" (Я.А.Гарибов совмесны), Баку, 2007.
  8. "İlisu Dövlət qoruğu" nəş. Müəllim-2008,
  9. "Şirvan Dövlət qoruğu" nəş. Müəllim-2008.
  10. "Zaqatala Dövlət qoruğu" nəş. Müəllim,2008.
  11. "Azərbaycanın qoruqları" [Mətn]: dərs vəsaiti /T. O. İbrahimov; elmi red. M. A. Müseyibov; rəyçilər. Ş. Göyçaylı, R. B. Abdullayev.- B.: BDU, 2008.- 155, [1] s.
  12. "Qəlbimizin səsi".(Gülzar İbrahimova ilə birlikdə). Bakı, 2009.
  13. "Göyçənin ağsaqqal incisi". Bakı, 2009.
  14. "Tarixləşən xatirələr" (Gülzar İbrahimova ilə birlikdə). Bakı, 2010.
  15. "Azərbaycan qoruqlarının landşaftı" [Mətn]: iki hissədə /T. İbrahimov; elmi red. Ş. Göyçaylı; BDU, Coğrafiya fakültəsi.- I hissə. Mars-Print, 2010.- 336 s.
  16. "Azərbaycan qoruqlarının ekoloji problemləri" — I hissə. Bakı, 2011.
  17. "Lanşaftların mühafizəsi" (M. Yunusov və D. Yusifov ilə ortaqlı). Bakı, 2012.
  18. "Göygöl Dövlət Qoruğu". Bakı, "Elm və təhsil", 2012. 184 səh. (şəkilli). (Şabandayeva A. D. ilə birlikdə.)
  19. "Kür-Araz ovalığı landşaftının mühafizəsi",
  20. "Tarixləşən xatirələr", yeni nəşr. (Gülzar İbrahimova ilə birlikdə). Bakı, "Elm və təhsil", 2012.

İstinadlar

  1. Tahir İbrahimovgoyce.az saytı

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.