Tahirə Kərimova
Tahirə Həzi qızı Kərimova (28 aprel 1935, Bakı – 11 aprel 2023[1], Bakı) — Azərbaycan professoru, fizika-riyaziyyat elmləri doktoru.[2]
Tahirə Kərimova | |
---|---|
Doğum tarixi | 28 aprel 1935 |
Doğum yeri | |
Vəfat tarixi | 11 aprel 2023[1] (87 yaşında) |
Vəfat yeri | |
Elm sahəsi | Fizika |
Elmi dərəcəsi | Professor |
Elmi adı | Laboratoriya rəhbəri |
İş yeri | AMEA Fizika institutu |
Təhsili | Ali |
Mükafatları | Azərbaycan MEA Rəyasət Heyətinin Fəxri fərmanı, “Tərəqqi” medalı |
Həyatı
Tahirə Kərimova 28 aprel 1935-ci ildə Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinə daxil olub və 1960-cı ildə fizika fakültəsini fizika ixtisası üzrə bitirib. 1961–1965-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Energetika İnstitutunda kiçik elmi işçi vəzifəsində çalışıb. 1965-ci ildə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitunun aspiranturasına qəbul olub və 1970-ci ildə namizədlik dissertasiyasını müdafiə edib. Sonrakı illərdə kiçik elmi işçı vəzifələrində çalışıb. 1991-ci ildən "Yarımkeçiricilərin elektron spektraskopiyası" lobaratoriyasına rəhbərlik edib. T. H. Kərimova fizika-riyaziyyat elmlər namizədi (1970-ci il), fizika-riyaziyyat elmləri doktoru (1986-cı il), professor (2001-ci il).
Vəfatı
Tahirə Kərimova 11 aprel 2023-cü ildə Bakı şəhərində vəfat etmişdir.[3]
Əsas elmi istiqaməti
Əsas elmi istiqaməti yarımkeçirici birləşmələrin enerji spektrinin tədqiqidir. Apardığı tədqiqatların nəticələri 170-dən çox elmi əsərdə, respublika və xarici ölkələrin mötəbər jurnallarında (Phusika Status Solidi, Nuovo Cimento, Solid State Communications, J. Phys.and Chemistry, Fizika tverdoqo tela, Fizika i texnika poluprovodnikov, İzvestiə AN SSSR, ser. Neorqaniçeskie materialı, Thin solid Films, Prikladnaya Fizika) çap edilmiş və beynəlxalq konfransların (Yaponiya, italiya, İngltərə, Tayvan, Almaniya, İngiltərə, Fransa, ABŞ və MDB ölkələrində) materiallarında öz əksini tapmışdır. Dəfələrlə respublika və xarici ölkələrdə keçirilmiş simpozium və konfranslarda məruzələrdə çıxış edib. Phys. Rev, J. Of the Phys. Soc. Japan, J. Phys. C., Solid State Phys. J. of Luminescence, J. Physique, FTT, FTP, J. Appl. Phys., J. Phys. and Chemistry, J. Physics/ Condenced Matter və s. jurnallarında və bir sıra toplularda məqalələrinə istinad olunur və nəticələri elmi araşdırmalarda istifadə olunur. Apardığı tədqiqatlar nəticəsində tədqiq edilmiş birləşmələr infraqırmızı oblast üçun fotoanalizator, görünən və ultrabənövşəyi oblast üçün qəbuledici cihazlar kimi istifadə olunmasını tövsiyə edib. Elmi kadr hazırlığında iştirak edib. Belə ki, onun rəhbərliyi ilə 8 nəfər elmlər namizədi dissertasiyası və 1 nəfər dissertasiya işini müdafiə etmişdir. T. H. Kərimovaəsas elmi istiqaməti laylı, zəncirvari, almazabənzər xalkogenid birləşmələrin energetik spektrinin formalaşma xüsusiyyətlərinin tədqiqidir. Aparılan kompleks tədqiqatlar (eksperimental, nəzəri-qrup analizi və nəzəri hesablanmalar) nəticəsində üçlü halkogenid birləşmələrin enerji spektrinin fundamental xüsusiyyətləri araşdırmışdır və optoelektron cihazların hazırlanmasında bir sıra tövsiyələr etmişdir. Laylı və zəncirvari yarımkeçirici və metallik keçiriciliyə malik birləşmələrin keçiricilik mexanizmi və lokallaşma effektləri tədqiq edilmişdir.
Elmi-təşkilati fəaliyyəti
1995-ci ildə Nyu-York Akademiyasına üzv seçilib. Çoxlu miqdarda namizədlik və doktorluq dissertasiyalarına opponent olub. 1976–1981-ci illərdə Azərbaycan MEA fizika-riyaziyyat və texnika bölməsinin redaksiya-nəşriyyat şurasının elmi katibi vəzifəsini yerinə yetirib.2003–2005-ci və 2008–2010-cu illərdə Ali attestasiya Komissiyasının fizika elmləri bölməsinin ekspert şurasının üzvü olub, bir toplu və bir monaqrafiyanı redaktə edib. Hazırda Elmi Tədqiqatların təşkili və əlaqələndirilməsi Şurasının "Fizika" probleminin üzvüyəm və İnstitutun "Yarımkeçiricilər və dielektriklər (01.04.10) elmi seminarına sədrlik edib. Kərimova T. H. 1991-ci ildə Çernovçı şəhərində (Ukrayna) keçirilən "Halkogenid yarımkeçiricilərin materialşünaslığı" konfransının proqram komitəsinə komitəsinə üzv seçilmişdir.
Təltif və mükafatları
- . 2005-ci ildə Azərbaycan MEA Rəyasət Heyətinin Fəxri fərmanı
- . "Tərəqqi medalı"
İstinadlar
- Azərbaycan elminə ağır itki üz verib.
- "Arxivlənmiş surət". 2019-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-14.
- "Azərbaycan elminə ağır itki üz verib". 2023-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-14.