Taclı Bəyim

Taclı Bəyim və ya Şahbigə Sultan (1485, Mosul1540, Şiraz) — Şah İsmayıl Səfəvinin həyat yoldaşı,[1] Səfəvi dövlətinin Şahbanusu, Naibəyi-Səfəviyyədir.[mənbə göstərin]

Şahbigə Sultan
Şahbigə sultan Mihmad bəy qızı Mosullu
1504 1524
ƏvvəlkiHəlimə Sultan
SonrakıMəvzili Sultan
1504 1540
ƏvvəlkiHəlimə Sultan
SonrakıMəhinbanu Sultan
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Anadolu
Vəfat tarixi
Vəfat yeri Şiraz
Dəfn yeri Bibi Duhtəran Məzarlığı
Fəaliyyəti siyasətçi
Atası Mihmad Bəy
Həyat yoldaşı Şah İsmayıl Səfəvi
Uşaqları oğlanları:
Əlqas Mirzə, Sam Mirzə, Bəhram Mirzə
qızları:
Məhinbanu Sultan, Pəri Sultan
Dini İslam
Elmi fəaliyyəti
Elm sahəsi Ədəbiyyat
Tanınır Şairə

Həyatı

Taclı bəyim ağqoyunluların əsas gücünü təşkil edən mosullu tayfasına mənsubdur,[2] onun əsl adı Şahbigə olmuşdur. Əksər mənbələrdə onun haqqında "Bigə xanım","Bigə bəyim" "Şah sultan" deyə bəhs edilir.[3] Taclı ona Şah İsmayılla izdivacdan sonra böyük hökmdarın verdiyi ad idi. Saray içində və yazışmalarda ona "Taclı sultan" deyə müraciət edilirdi

Salnaməçilərin qeyd etdiyinə görə, Taclı Sultan Şah İsmayılla evlənərkən cəmi 14–15 yaşında idi. Şah İsmayıl Xətainin dövləti ilə bağlı verdiyi qərarlarda onun təsiri böyük idi. Mötəbər mənbələrə görə, Taclı Bəyim mosullu tayfasından Həmzə Bəy Bektaşlının oğlu Mihmad Bəyin qızı idi.[4]

Səfəvi tarixçisi Budaq Münşi Qəzvini qeyd edirdi ki,Şah İsmayılın Herata əmir təyin etdiyi Əmir xan Mosullu Baburla gizli əlaqəyə girdiyi üçün dövrünün ən nüfuzlu ,böyük din alimlərindən hesab olunan Məhəmməd Miryusifi mərkəzlə məsləhətləşməmiş edam etdirdiyi üçün Şah İsmayılın qəzəbinə tuş gəlmişdir. Lakin Taclı bəyimin səyi nəticəsində hökmdar onun canını bağışlamışdır. Bir çoxları bunu Əmir xan Mosullu ilə Taclı bəyimin qohumluq bağlarının olması ilə əlaqələndirsələr də bunun heç bir məntiqi əsası yoxdur. Çünki, eyni jestdən Ustaclı tayfasından olan Cahanşah da yararlanmışdı.

Taclı bəyim 1514-cü ildə Osmanlı-Səfəvi arasında baş vermiş Çaldıran döyüşündə iştirak etmişdir. Bu döyüşdə onun əsir düşməsi ilə bağlı söhbətlər də istər osmanlı,istər digər mənbələrdə mübahisəli olaraq qalır.

Səfəvi mənbələri Taclı Bəyimin əsir alınmadığını, döyüşdən sonra itdiyini iddia edirlər. Türkiyəli məşhur tarixçi Faruk Sümer Osmanlı mənbələrinin iddialarının doğru olmadığını bildirərək, Taclı Bəyimin döyüşdən qaçıb Xoy hakiminin evində gizləndiyini, buradan Təbrizə gəldiyini bildirir. 1524-cü ildə Şah vəfat etdikdən sonra dövləti idarə etməyə başlayan Taclı Sultan taxta böyük fədakarlıqla özü oğlunu deyil Şahbanu Bəhruzədən olma Təhmasib mirzəni çıxardır.[5] Özü isə ara çəkişmələrlə 1540-a qədər dövlət iqtidarını əlində saxlamağı bacarır.

İstinadlar

  1. Tufan Gündüz, Son Kızılbaş Şah İsmail, Sayfa:108, 400 nolu dipnot
  2. Tufan Gündüz, Son Kızılbaş Şah İsmail, 5. Baskı, Sayfa:132
  3. Tufan Gündüz, Son Kızılbaş Şah İsmail, 5. Baskı, Sayfa:134
  4. "Şah İsmail' in Eşi Taçlı Begüm, Türk Kültürü ve Hacı Bektaş Velî Araştırma Dergisi / Sayı 51, Gazi Üniversitesi, Tufan Gündüz". 2015-07-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-02-19.
  5. [http http://www.akademiktarihvedusunce.org/ Arxivləşdirilib 2015-08-01 at the Wayback Machine Taçlı Begüm’ ün Hayatı hakkında Yeni Olgular, Akademik Tarih ve Düşünce Dergisi, Cilt:1/Sayı:4/Aralık/2014, Minahanım Tekleli, Feride Aliyeva]
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.