Tacir sarayı

Tacir sarayı (türk. Tüccar sarayı) — Türkiyənin Ani şəhərində yerləşən tarixi abidə. Mənbələrdə eyni zamanda Sultan sarayı və Qala olaraq da qeyd edilən saray Aninin Şimal Qərb tərəfində yerləşir.

Tacir sarayı
Ölkə  Türkiyə
Şəhər Qars
Yerləşir Ani
Aidiyyatı Ani çarlığı
Tikilmə tarixi XIII əsr
Üslubu Erməni memarlığı
Tacir sarayı (Türkiyə)
Tacir sarayı

Ehtimal ki, XII əsrin sonu—XIII əsrin əvvəllərində inşa edilib və hansısa varlı bir tacirə, şahzadəyə və yaxud Ani yepiskouna məxsus olub. Bir çox tədqiqatşılar sarayın tacir Tiqran Honentsə məxsus ola biləcəyi iddiasının üstündə dayanırlar. Çünki, onun məzarı sarayın qarşısındakı vadinin uçurumundakı qayada yonulmuşdur. Başqa bir fərziyyəyə görə isə bina saray deyil və sırf şəhərin müdafiə xarakterli tikililərindən biriridir. Günümüzə binanın təyinatını və kimə məxsus olmasını dəqiqləşdirə biləcəyimiz bir kitabə çatmadığından bu abidəylə bağlı olan bütün fikirlər sadəcə fərziyyə olaraq qalır.

Memarlıq xüsusiyyətləri

Binanın şəhər tərəfə olan divarı ikiqatlıdır. Binanın girişi düzbucaqlı bir otaqdan başlayır, daha sonra ətrafı digər kiçik otaqlarla dövrəli olan böyük bir qonaq otağı gəlir. Digər otaqların hamısının qapısı həmin bu böyük zala açılır. Sarayın Alacaçay tərəfə baxan divarları isə öz möhkəmliyi ilə fərqlənir və eyni zamanda şəhərin qala divarlarının bir parçasnı təşkil edirmiş.

Binanın yeraltı hissəsinə yol sarayın ən axırıncı - arxa otağındakı gizli yoldandır. Yeraltı hissə bir düzbucaqlı şəklində kiçik otaqdan və labirint şəklində, yarıqaranlıq dəhlizlərdən ibarətdir. Bu quruluşuna görə mütəxəssislər alt qatın sadəcə anbar kimi istfadə oluna biləcəyini qeyd edirlər ki, bu da öz növbəsində sarayın həqiqətən də bir tacirin evi olması ehtimalını artırır.

Sarayın Şərq tərəfdə mükəmməl naxışlarla işlənmiş nəhəng giriş qapısı ümumilkdə tikilinin ən diqqətə layiq hissəsidir. Girişin bu möhtəşəm naxışlı görünüşü sadə saray divarları arasnda füsünkar təsir bağışlayır. Giriş qapısı ümumilkdə iki hissəyə ayrılır. Birinci hissədə (alt təbəqə) biraşırımlı giririş qapısının ətrafları narıncı daşdan kəsilmiş səkkizguşəli ulduzlar və qəhvəyi daşdan kəsilmiş xaçların bir-birinə geydirilməsindən yığılmışdır. Həmçinin özlüyündə həmin ulduzların da, xaçların da üstünə müxtəlif naxışlar işlənmişdir. Lakin bu mükmməl sənət əsərinin böyük bir hissəsi yox olmuşdur. XIX əsrin sonlarında yazdığı əsərində H. F. B. Lynch yalnışlıqlar bu binanın Baqratilərin sarayı olduğunu zənn edən ermənilərin binanın həmin bəzəklərini söküb özləri aparmalarını qeyd edir. Yerdə qalan qism isə 1989-cu il zəlzələsi zamanı qoparaq tökülmüşdür.

Giriş hissəinin üst qismi daha sadədir. Burada böyük düzbucaqlı bir pəncərə tünd və açıq qəhvəyi daşlardan kəsilmiş bir divarın mərkəzində yerləşdirilmişdir. Ümumilikdə saray İslam memarlıq ənənələri əsasında inşa edilmişdir. Belə ki, sarayın bəzədilməsində istifadə edilmiş naxışlar və sarayın inşa üslubu sırf İslam memarlığının xüsusiyyətlərini özündə əks etdirir. Saray Türkiyə Cümhuriyyəti Kültür Bakanlığının nəzarəti ilə 19901999 - cu illərdə bərpa edilmiş, 2000-ci ildə isə sarayın giriş qapısı öz əvəlki görkəminə qovuşdurulmuşdur.

Şəkillər

İstinadlar

    Xarici keçidlər

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.