Tacikistanın dövlət quruluşu
Tacikistanın dövlət quruluşu - 1994-cü ildə qəbul edilmiş Konstitusiyaya əsasən hüquqi-siyasi, inzibati, iqtisadi və ictimai münasibətlər sistemi.
Tacikistan | |||||
---|---|---|---|---|---|
Ҷумҳурии Тоҷикистон | |||||
| |||||
Tarixi | |||||
• Elan olunub | 9 sentyabr 1991 | ||||
Paytaxt | Düşənbə | ||||
İdarəetmə forması | Respublika | ||||
Prezident | Emoməli Rəhmon[6.XI.1994 ~] | ||||
Baş nazir | Qohir Rasulzoda[ 23.XI.2013 ] | ||||
Sahəsi | Dünyada 92-ci | ||||
• Ümumi | 143100 km² | ||||
• Su sahəsi (%) | 0.3 | ||||
Əhalisi | |||||
• Əhali | 8 120 min [1] nəfər (96-cı) | ||||
• Siyahıyaalma (2010) | 7 564 502 nəf. | ||||
• Sıxlıq | 56 nəf./km² | ||||
ÜDM (AQP) | |||||
• Ümumi | 22,3 milyard dollar (140-cı) | ||||
• Adambaşına | 2 700 dollar (193-cü) | ||||
İİİ (2013) | 0.622 |
Dövlət quruluşu
Tacikistan dualist idarəetmə üsuluna malik respublikadır. Milli bayram günü olan müstəqillik günü (1991) 9 sentyabrda qeyd olunur. Tacikistan Konstitusiyası 1994-ci il 6 noyabrdan (1999 və 2003-cü illərdə edilmiş dəyişikliklərlə) qüvvədədir.
İnzibati bölgüsü
Tacikistan Respublikası inzibati cəhətdən 1 muxtar vilayət (Dağlıq Bədəxşan), 2 vilayət (Sogd və Xatlon), 13-ü respublika tabeli olmaqla 62 rayon, 17 şəhər (Bostan, Boxtar, Gülüstan, Hisar, Xoruğ, Xücənd, İsfərə, İstərövşən, İstiqlal, Kanibadam, Kulab, Levakənd, Narək, Pəncəkənd, Roğun, Tursunzadə, Vəhdət) və paytaxt Düşənbə şəhərindən ibarətdir [2].
Dövlət başçısı
Konstitusiyaya edilmiş 2006-ci il dəyişikliyinə əsasən Prezident ümumxalq səsverməsi yolu ilə 7 il müddətinə seçilir. Baş nazir və Hökumət üzvləri, habelə dövlətdə təmsil olunan yüksək vəzifəli şəxslərin böyük əksəriyyəti Prezident tərəfindən təyin edilir. Dövlətin idarə edilməsində geniş səlahiyyətlərə malik olan dövlət başçısı, eyni zamanda silahlı qüvvələrin ali baş komandanıdır.
Qanunverici hakimiyyət
3 yerlik Milli Məclisdən (Yuxarı Palata) və 63 yerlik Nümayəndələr Palatasından (Aşağı Palata) ibarət ikipalatalı Ali Məclisdir.
Qanunvericilik təşəbbüsü hüququ Milli Məclisin üzvlərinə, Tacikistan Prezidentinə, Tacikistan Hökumətinə, öz yurisdiksiyaları çərçivəsində Konstitusiyaya, Ali və Ali İqtisad Məhkəmələrinə aiddir.
Aşağı Palata qanunları müzakirə və qəbul etdikdən sonra təsdiq edilməsi üçün Milli Məclisə və daha sonra Prezidentə göndərir. Yuxarı Palata qanunvericilik aktlarını səs çoxluğu ilə qəbul edir, əks təqdirdə, yəni qanun geri qayıtdıqda Aşağı Palata üzvlərinin 2/3 səs çoxluğu ilə bu sənədi yenidən qəbul edir.
İcraedici hakimiyyət
Prezident tərəfindən təyin və Parlament (Ali Məclis) tərəfindən təsdiq edilən Nazirlər Kabinetidir. Bir qayda olaraq, mərasim funksiyalarını yerinə yetirən Baş nazirdən, onun iki müavinindən, 19 nazirdən, 9 komitə sədrindən və daha bir neçə Hökumət üzvlərindən ibarət olan Nazirlər Kabinetinin səlahiyyətləri, mövcud Konstitusiyaya uyğun olaraq dövlət başçısının qərarlarının icra edilməsi və nazirliklərin fəaliyyətlinin əlaqələndirilməsi ilə məhdudlaşır.
Məhkəmə hakimiyyəti
Üzvləri Prezident tərəfindən təyin və Ali Şura tərəfindən təsdiq olunan Ali Məhkəmə, habelə digər ixtisaslaşmış və aşağı instansiya məhkəmələri ölkədə məhkəmə hakimiyyətini həyata keçirir.
Xarici keçid
İstinadlar
- Агентии омори назди Президенти Ҷумҳурии Тоҷикистон корҳои бозҳисокунии аҳолиро оид ба муайян намудани санаи таваллуди 8 миллионаи аҳолии Ҷумҳурии Тоҷикистон, ба анҷом расонид"
- Ведомости Маджлиси Оли Республики Таджикистан 1995 год, 21, ст. 239; 2000 год, 11, ст. 513; 2003 год, 4, ст.153