Tac Mahal

Tac Mahal (Devanaqari: ताज महल, Nəstaliq: تاج محل) — Hindistanda tikili. Dünyanın yeni yeddi möcüzəsindən biri.

Tac Mahal
ताज महल
تاج مَحَل
تاج محل
27°10′27″ şm. e. 78°02′32″ ş. u.
Ölkə  Hindistan
Şəhər Aqra
Yerləşir Uttar Pradeş
Aidiyyatı Böyük Moğol imperiyası
Memar Ustad Əhməd Lahauri
Sifarişçi Sultan Şahcahan
Tikilmə tarixi 1632-1653
Üslubu Moğol memarlığı
Hündürlüyü 73 m
Sahəsi
  • 17 ha
Material mərmər
Vəziyyəti stabil
Rəsmi sayt tajmahal.gov.in
TipiMədəni
Kriteriyai
Təyin edilib1983
İstinad nöm.252
DövlətHindistan
RegionAsiya
Hindistanın Arxeoloji İrsi
İstinad nöm.N-UP-A28.
KateqoriyaMəbəd
Tac mahal (Hindistan)
Tac mahal
Tac Mahalın planı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Cahan şah 23 il ərzində qəddar babası Cahangir şahdan nəsihət alardı. Babası ona həmişə arvadının sözünə baxmamağı tapşırardı. Bundan ilham alan Şahzadə Cahan həmişə qəddar olar, digər qardaşlarından seçilərdi. Ona görə babası Cahangir şahın gözünə girərdi. Ancaq 29 yaşında ölkəni gəzmək istəyən Şahzadə, Mümtazı görən kimi ona aşiq olur və babasının sözündən çıxaraq, Cahangir şaha nifrət bəsləyir. 32 yaşında babasını öldürüb, onun mirasına sahib olur və Mümtazla evlənir. Cahan şahın arvadı Ərcümənd banu gözəlliyi, zəkası, yaxşı əməlləri ilə bütün imperatorluğun könlünü fəth etmiş, ən çox seçilən sultan idi. Bu sifətlərindən başqa həm də Mümtaz Mahal kimi tanınırdı. Cahan şah ona hələ 20yaşında ikən aşiq olmuş, evlənmək üçün 12 il gözləmişdi. Cahan şah çox sevdiyi arvadını getdiyi hər yerə aparır, onun fikirlərini, zövqünü əsas götürürdü.

Bu həssas, ağıllı və gözəl qadın 1631-ci ildə 14-cü uşağını dünyaya gətirərkən vəfat etdi. Hətta Cahan şah öz yuxusunda arvadı ilə arasında olan 14 pilləkəndən arvadının yıxıldığını görür. Həmən yuxudan 1 gün sonra Mümtaz mahal vəfat edir. Bu səbəbdən Cahan şah 14-cü övladına nifrət edir, həmişə onun üzünə baxmırdı. Cahan şah arvadının ölümünə yas saxladığı səkkiz gün ərzində yeməkdən, içməkdən qalmış, evdən eşiyə çıxmamışdı. Doqquzuncu gün mənzilinin qapısını açıb bayıra çıxdığı zaman saçlarının ağappaq olduğu, xeyli qocaldığı göründü.

Həssas, həqiqi aşiq, vəfalı hökmdar ölüncəyə qədər qəlbində yaşadacağı sevgili arvadı üçün bir türbə tikdirməyi qərara aldı. Bu türbə saf eşqi simvollaşdıracaq şəkildə gözəl, qəlb açan, eyni zamanda möhtəşəm olmalı idi. Bunun üçün dünyanın ən böyük ustalarını tapacaq, xəzinəsini bu əsərə xərcləməyi onların ixtiyarına verəcəkdi. Bu məqsədlə İstanbuldan memarlar gətirilmişdir. Gələnlər Memar Sinanın tələbələrindən olan memar Mehmet İsa Əfəndi və onun dəstəsi idi.

Bu abidə Cahan şahın İstanbuldan dəvət edib. Uzuş və Olancık bu Tac Mahalı özləri tikmişlər.

Tac-Mahal Hindistanın hər il milyonlarla turist cəlb edən ən görməli yerlərindən biridir. Bu abidə 1983-cü ildə UNESCO-nun Dünya Mədəni İrs Siyahısına, 2007-ci ildə isə ümumdünya səsverməsi nəticəsində Dünyanın Yeddi yeni möcüzəsi siyahısına salınıb.[1]

Memarlıq xüsusiyyətləri

Tac Mahal xatirə məqbərəsinin 1863–1869-cu illər arasında Samuel Bourne tərəfindən çəkilən şəkili.
Tac Mahalın yandan görünüşü.

Mehmet İsa Əfəndinin aylarca çalışaraq planını cızdığı Tac Mahalın tikintisində son dərəcədə parlaq, ağ mərmər işlədilmişdir. Parlaq, ağ mərmərin incə mavi damarları da vardı. Bu mərmərdən tikilən möhtəşəm qübbənin yerdən yüksəkliyi 82 metrdir və 1648-ci ildə tamamlanmışdır. Qübbənin üzərindəki qızıl aypara bu yüksəkliyi daha da artırır. Türbənin ağ mərmərdən dörd minarəsi də mövcuddur. Binada yazıları yazan Xəttat Səttar Əfəndi olmuşdur.

Şah Cahan

Günbəzin üzərində qızılla işlənmiş bir səltənət mövcuddur. Məqbərənin ağ mərmərdən dörd minarəsi vardır. Yasin surəsinin hamısı abidənin hər tərəfində Xəttat Səttar Əfəndi tərəfindən yazılmışdır.

İnşaatda çox sayda sənətkar ilə birlikdə gündə 20.000 işçinin işləməsi ilə məqbərə 1643-cü ildə, həyət və ətrafındakı binaların isə 1649-cu ildə inşası başa çatdırılmışdır. Tac Mahalın inşası 21 ildən sonra — 1652-ci ildə bitirilmişdir.

305x580 metr ölçülü düzbucaqlı bir həyətdə yerləşən Tac Mahal, dörd fasadının ortasında, 33 metr hündürlüyündə tac qapıları olan 75 metr hündürlüyündə monumental günbəzi əhatə edir.

Daxili sahəni əhatə edən 30 metr hündürlüyündə aşağı günbəz və üst günbəz arasında məzar sahəsi qədər ölü yer mövcuddur.

Mümtaz Mahal və Şah Cahanın tabutları yuxarı mərtəbədə, günbəzin altındadır. Tabutların yerləşdiyi günbəzdə ağızdan çıxan hər səs 7 dəfə əks-səda verən bir akustikaya sahibdir. Şah və arvadının əsl tabutları aşağı mərtəbədə yerləşir.

Tac Mahalın tikintisinə 1631-ci ildə başlanılmış və 1652-ci ildə başa çatdırılmışdır. Mümtaz Mahalın və öldükdən sonra onun yanında dəfn edilən Cahan şahın tabutları üst mərtəbədə yerləşir. Qübbənin altında olan bu tabutlarda mərmər oymaçılığının ən gözəl nümunələri görünür. Tabutların olduğu yerdə insan ağzından çıxan hər səs möhtəşəm qübbədə yeddi dəfə əks-səda verir.

Türbənin tikintisi 1652-ci ildə başa çatdırılmışdır. Tac-Mahalı ərsəyə gətirmək üçün minlərlə sənətkar gecə-gündüz işləmişdir.

Sənət əsəri kimi ayrıca bir xəzinə olan Tac Mahalın divarları həqiqi xəzinə daş-qaşlarıyla örtülüdür. Yüz minlərcə əqiq, sədəf, firuzə qoyulmuş divarlarında 42 zümrüd, 142 yaqut, 625 brilyant, 50 çox böyük inci vardır. Türbənin tikintisi üçün 47 milyon qızıl lirə xərclənmişdir və divarlardakı cəvahiratlar buna daxil deyildir. Hündürlüyü 75 metrə çatan, ağ və çəhrayı mərmərlərdən tikilmiş 4 minarəli bu abidə, tərəflərinin mütənasibliyi, ideal simmetriyası və hədsiz gözəlliyi ilə insanları vahel edirdi. Hətta İstanbuldakı möhtəşəm Süleymaniyyə Camisi üçün 19 milyon qızıl lirə xərcləndiyini söyləsək, Tac Mahal üçün necə böyük bir fədakarlıq göstərildiyi daha yaxşı başa düşülür.

Böyük və gözəl fəvvarəli bağ içində salınmış Tac-Mahal beşgünbəzli möhtəşəm binadan və künclərindəki 4 minarədən ibarət tikilidir. Türbənin xarici görünüşü mütləq simmetriya konsepsiyasına söykənir və Mümtaz Mahalın məqbərisinə nəzərən mərkəzi-ox simmetriyasına malikdir.

Tac-Mahalın divarları yarımşəffaf ağ mərmərlə örtülüb. Rəngini dəyişən, daha doğrusu, belə bir təsəvvür yaradan mərməri inşaat yerinin 300 kilometrliyində yerləşən daş karxanasından gətirirdilər. Mərmər gündüzlər ağ, dan yeri söküləndə, qürub çağında çəhrayı, gecələr isə gümüşü rəngə çalırdı. Dekorativ elementlər müxtəlif boya, suvaq, daş inkrustasiya və oyma fiqurların köməyi ilə yaradılıb. Kompleksin divarlarına dekorativ elementlər kimi Qurani-Kərimdən hissələr həkk olunub. Divarlar və tavan əlvan daşlarla – firuzə, qara, qırmızı və narıncı əqiq, malaxit, mirvari, sədəf, kəhrəba, zümrüd və yaqutla işlənib. Ümumiyyətlə, 28 növ yarımqiymətli və qiymətli daşlardan istifadə olunub. Bu daşları hətta Çin, Əfqanıstan, TibetŞri-Lankadan gətirirdilər. Türbəni türk memarı Ustad Məhəmməd İsa Əfəndi tikib.

Türbəni bəzəyən günbəzlər qızıl suyu çəkilmiş fiqurlarla tamamlanıb. Yeri gəlmişkən, sərdabəni bəzəyən mərmər günbəz Tac-Mahalın ən cəlbedici hissəsidir. Onun hündürlüyü 35 metrdir. Baş günbəzin əzəldən qızıldan olan tacı XIX əsrdə tuncla əvəzlənib. Tacı ucları səmaya istiqamətlənən aypara tamamlayır.

Saray ümumən 1,2 hektar ərazidə yerləşir.

Əfsanəyə görə, Camna çayının o biri sahilində qara mərmərdən oxşar tikili ucaldılmalı, bu iki tikilini birləşdirmək üçün çayın üzərindən boz mərmərdən körpü çəkilməli idi, amma Cahan şah bu niyyətini həyata keçirməyə macal tapmır.

Tac-Mahalın tikintisi başa çatandan çox keçməmiş oğlu Cahan şahı devirir və onu Dehli qalasına salır. Ölümündən sonra onu sevimli xanımının yanında dəfn edirlər. Hazırda onların sərdabələri türbənin içindədir.

XIX əsrin sonunda Tac-Mahalın ayrı-ayrı hissələri baxımsız vəziyyətə düşdü. Türbə Britaniya əsgərləri və məmurları tərəfindən qarət edildi. Onlar binanın divarlarından qiymətli daşları söküb aparırdılar. Elə həmin vaxt lord Keyzon irimiqyaslı yenidənqurma işlərinə başladı. Bərpa işləri 1908-ci ildə başa çatdı. Moğalların bir vaxtlar cənnəti xatırladan bağına da əl gəzdirib, onu Britaniya üslubuna saldılar.

Tarix

Mumtaz Mahalın ölümü

Monumental giriş qapısı
Xəttatlıq nümunəsi

1601-ci ildə Moğol xalqı tərəfindən fəth edilən Burhanpur şəhəri Dəkkən sultanlarına qarşı hərbi əməliyyatlar üçün baza olaraq istifadə edilirdi. Həyat yoldaşını səfərlərdə müşayiət edən Mümtaz Mahal, 1631-ci ildəki üsyanı yatırmaq üçün də çıxdığı hərbi yürüş zamanı da həyat yoldaşı ilə birlikdə Burhanpura getmişdir. On dördüncü uşağına hamilə olan Mümtaz Mahal, 17 iyun 1634-cü ildə, uşağın doğuşu zamanı öldü. Cəsədi altı aydan sonra Aqraya köçürüldü.

Tikilməsi

Türbə, hər iki tərəfində simmetrik tikililər kimi tikilmiş məscid və qonaq evi kompleksi ilə birlikdə abidəli giriş qapısından ibarət formadadır. 1632-ci ildə tikintisinə başlanan abidə, abadlıq işləri və digər binalarla birlikdə 1652-ci ildə bitirilmişdir.

Məzarın inşası üçün memarlar və ustalar komitəsi quran hökmdar, yerli hindistanlılarla yanaşı Osmanlı, İran, Suriya mənşəli ustalar və sənətkarlara da vəzifələr vermişdir. Bağdaddan xəttatlar, Buxaradan mozaika ustaları, İstanbuldan günbəz ustaları, Səmərqənddən minarə ustaları, Qəndəhardan daş ustaları, Şirazdan rəsm ustaları gətirdilmişdir. Tac Mahalın əsas memarı kim olduğuna dair bir çox fikir var. Bəziləri Venesiyadan Jeromino Veroneo adlı bir İtalyanın və ya Bordodan Augistin adlı bir Fransızın, digərləri isə Osmanlı memarı Mehmet İsa Əfəndi adlı bir şəxsin binanın əsas memarı olduğu fikrini irəli sürmüşdürlər. "Divan-ı Mühəndis" adlı XVII əsrdən qalmış bir əlyazmada Lütfullah Mühəndis əl-Lâhârî, atası Usta Əhmədin Tac Mahalın memarı olduğunu bildirir. Bu əlyazma aşkar edildikdən sonra, 1930-cu illərdə "Nâdirü'l-əsr" Usta Əhmədin binanın əsas memarı olduğu görüşü qəbul edilmişdir. Şah Cahanın ən sevilən memarı olan Usta Əhməd, Tac Mahal haqqında əfsanələrdə tez-tez təsvir edildiyi kimi əlləri kəsilərək işgəncə görməmiş; binanın tamamlanmasından 9 il sonra Lahorda ölmüşdür.

Tikili ilə bağlı əfsanələr

Qara mərmərli Tac Mahal

Şah Cahanın Camna çayının sahilində Tac Mahalın tam qarşı tərəfində özü üçün qara mərmərdən bir abidə türbəsi tikməyi planlaşdırdığı, ancaq oğlu tərəfindən taxtdan salındığı üçün bu planı həyata keçirə bilmədiyi düşünülür. Bu iddia ilk dəfə 1665-ci ildə Aqraya gedən səyyah Jean-Baptiste Taverniernin yazılarında qeyd edilmişdir. Arxeoloqlar tərəfindən 2006-cı ildə Tac Mahalın tam qarşı tərəfində yerləşən Mehtap Üzüm Bağından qara mərmərlərin tapılması bu iddianın etibarlılığını artırmışdır, lakin sonrakı tədqiqatlar bu mərmərlərin bir yay sarayına aid olduğunu ortaya qoymuşdur.

Estakadanın sökülməsi əfsanəsi

Geniş şəkildə yayılmışd bir əfsanəyə görə günbəzi dəstəkləmək üçün tikilən estakada günbəzdən daha çox xərc və işçi qüvvəsi tələb edirdi. Şah Cahana, inşaatın sonuna yaxın estakada sökülməsinin 5 il çəkəcəyi bildirildikdə, Şah Cahan hər bir insanın çıxardığı kərpicin hamısının onun özünə qalacağı barədə əmr vermiş və bir gecədə estakada sökülmüşdür.

Dünyanın yeni yeddi möcüzəsindən biri

Dünyanın yeddi möcüzəsinə alternativ olaraq mobil telefoninternet səsləri ilə dünyanın yeni yeddi möcüzəsini təyin etmək üçün İsveçrədə yerləşən New7Wonder adlı bir fondun başlatdığı yarışma nəticəsində Tac Mahal Xatirə Türbəsi 7 iyul 2007-ci ildə elan edilən siyahıya daxil edilmişdir.

İstinadlar

  1. "Arxivlənmiş surət". 2021-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-01.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.