Böyük Həsən
Böyük Həsən (tam adı: Şeyx Tacəddin Həsən Olcatay noyon ibn Hüseyn noyon ibn Ağbuğa ibn İlxan noyon Cəlayır) (1305-1356) — Elxanlı əmir əl-ümərası, Cəlairilər sultanlığının qurucusu və I sultanı (1335-1356)
Böyük Həsən | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1305 |
Vəfat tarixi | 1356 |
Həyat yoldaşı | |
Uşağı |
Həyatı
Şeyx Həsən noyon Hüseyn noyon oğlu 1305-ci ildə anadan olmuşdu. Elxanlılar dövlətinin böyük əmirlərindən biri olmuşdu. Ara savaşlarının fəal iştirakçısı idi. 1335-ci ildə qalib gəlib Cəlayırlar dövlətini qurdu.
Şeyx Həsən noyon Əmir Çoban Sulduzun qızı Bağdad xatunla ailə qurmuşdu. Elxanlı hökmdarı Sultan Əbu Səid Bahadur xan zorla Bağdad xatunu boşatdırıb özü evləndi. Xan öləndən sonra Şeyx Həsən noyon onun arvadı Dilşad xatun Dəməşq Xacə qızı Sulduzu aldı.
Oğlanları
- Sultan Üveys Cəlayır (1356-1374)
- Əmir Qasım Cəlayır (?-1368)
- Əmir İlkan Cəlayır
Həmçinin bax
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.