Taatta ulusu
Taatta ulusu (saxa Таатта улууһа) — Rusiya Federasiyası, Saxa Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Itık-Kyuyol kəndidir.
Taatta ulusu | |||
---|---|---|---|
Таатта улууһа | |||
![]() | |||
|
|||
62°16′ şm. e. 133°25′ ş. u. |
|||
Ölkə | |||
Tarixi və coğrafiyası | |||
Yaradılıb | 1913 | ||
Sahəsi |
|
||
Hündürlük | 165 m | ||
Saat qurşağı | |||
Əhalisi | |||
Əhalisi |
|
||
Rəsmi sayt | |||
![]() |
|||
![]() |
Coğrafiyası
Ulusun sahəsi 18,8 min km²-dir. Ulus Yakutskın şimal-şərqində, Bayaqa, Tatta, Amqa, Noxu və Aldan çaylarının vadilərində yerləşir. Ulus cənub-qərbdə Çurapçı ulusu; şimal-qərbdən Ust-Aldan ulusu; şimal-şərqdən Tompo ulusu, cənub-şərqdən isə Ust-May ulusu ilə həmsərhəddir.
Itık-Kyuyoldan Yakutskadək məsafə 256 km-dir.
Tarixi
Yakutsk Vilayəti Administrasiyasının jurnalının 8 dekabr 1912-ci il tarixli 716 nömrəli qərarı ilə Yakutsk vilayəti Botrus ulusunu 1913-cü il 1 yanvar tarixindən iki ulusa bölünməsi qərara alınır: Botrus və Taatta. Taatta ulusuna aşağıdakı yaşayış məntəqələri daxil idi: Aldan, Terasinski, 2-ci Joxsoqonski, 1-ci İqideyski, 1-ci Joxsoqonski, Ust-Amqinski, Juleyski, 1-ci Xayaxsıtski, 4-cü Joxsoqonski, 2-ci İqideyski, 3-cü Joxsoqonski və Kyunyay. Taatta rayonu 25 mart 1930-cu ildə qurulmuşdur. Müasir adını Yakutiya Muxtar Sovet Sosialist Respublikası Ali Şurası Rəyasət Heyətinin 1990-cı il 19 mart tarixli keçmiş Alekseevski mahalının Taatta ulusu adlandırılması haqqında qərarından sonra almışdır. Bu qərar Rusiya Sovet Federativ Sosialist Respublikasının Ali Sovetinin Rəyasət Heyətinin 6 avqust 1990-cı il tarixli №125-I qərarı ilə təsdiq edilmişdir.
Keçmiş adı burada bir keçid edən rus inqilabçısı Peter Alekseevin adı ilə bağlı idi.
Əhalisi
- Milli tərkib
2002-ci il siyahıyaalmasına görə ulusun etnik tərkibi: saxalar (95,2%), ruslar (2.3%), evenlər (0.2%), evenklər (0.3%) və digər millətlər (1.9%).
Yerli özünü idarəetmə
Taatta ulusu ərazisinə 14 kənd inzibati vahidliyinə ümumilikdə 15 yaşayış məntəqəsi daxildir[3][4]. Ulus ərazisinə daxil olan yaşayış məntəqələri: Borobul k., Bulun k., Daya-Amqata k., Dakkı q., Kıyı k., Tomtor q., Tuora-Kyuyol k., Uolba k., Xara Aldan k., Xarbalax k., Çerçyux k., Çımnayi k., Çıçımax k., Itık-Kyuyol k.
Ulusun rəhbəri - Mixail Mixayloviç Sorov
İqtisadiyyat
Ulus iqtisadiyyatında aparıcı rolu əkinçilik, ətlik və südlük maldarlıq, ətlik atçılıq tutur. Kartof, tərəvəz, yem bitkiləri becərilir. Kənd təsərrüfatı torpaqlarının sahəsi 86,2 min ha-dır. Ulusun kollektiv müəssisələri, kənd təsərrüfatı firmaları, fermer təsərrüfatları və yerli sənaye müəssisələri vardır.
İstinadlar
- http://www.gks.ru/dbscripts/munst/munst98/DBInet.cgi?pl=8006001.
- 26. Численность постоянного населения Российской Федерации по муниципальным образованиям на 1 января 2018 года. Rusiya Dövlət Federal Statistika Xidməti.
- "Закон Республики Саха (Якутия) от 30 ноября 2004 года N 173-З N 353-III «Об установлении границ и о наделении статусом городского и сельского поселений муниципальных образований Республики Саха (Якутия)»". 2019-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-29.
- "Перечень населённых пунктов, входящих в состав сельских и городских поселений Республики Саха (Якутия)". 2013-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-01-14.