Qudyalçay körpüsü

Qudyalçay körpüsü (digər adı Tağlı körpü) — Quba rayonu ərazisində yerləşən körpü.

Qudyalçay körpüsü
41°21′57″ şm. e. 48°30′18″ ş. u.
Ölkə  Azərbaycan
Şəhər Quba
Yerləşir Qudyalçay üzərində
Tikilmə tarixi 1894
Aşırımları 7
Vəziyyəti fəaliyyət göstərir
İstinad nöm.4598
Kateqoriyakörpü
ƏhəmiyyətiYerli əhəmiyyətli
Tağlı körpü (Azərbaycan)
Tağlı körpü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Keçmis mühəndis tikililərindən dövrümüzə qədər qorunub saxlanılan abidələr içərisində mühüm tarixi-memarlıq əhəmiyyətinə malik olanlardan biri də Tağlı körpüdür.

XIX əsrdə Quba qəzasında 7 körpü olmuşdur. Amma onlardan yalnız Tağlı körpü günümüzə qədər qorunub saxlanmışdır. Körpünün salınması zərurəti XVIII əsrin sonlarında, XIX əsrin əvvəllərində yaranmışdır. 1851-ci ildə Qudyalçayda dirəklər üzərində taxta körpü tikilmişdir. Lakin bu körpünün ömrü uzun olmamışdır. Bu səbədən onun yerində yeni körpü salmaq zərurəti yaranmışdır. Yeni körpünün tikintisinə 1894-cü ildə başlanmışdır. Körpünün tikintisi 78.000 manata başa gəlmişdir. Əvvəlcə körpünün 19 dirək üzərində tikilməsi nəzərdə tutulmuşdur. Lakin onun tikintisi zamanı aşırımlar ixtisar olunmuş və o 14 daş dayaq üzərində tikilmişdir. Yarımdairəvi biçimli tağlar sistemi bişmiş kərpicdən hörülmüş və bir-birindən 11,1 metr aralı olan dayaqlara soykənir. Körpünün tağları altından hər iki sahildəki yaşayış məntəqələrinin ecazkar mənzərəsi açılır. Körpünün 70 sm enində tağı əsas kərpic hörgüsü ilə birlikdə inşa edilmişdir. Tağ dayaqlar üzərində dayanan körpünün bünövrəsi yaxşı yonulmuş daşlardan hörülmüşdür. Körpü memarlıq abidəsi kimi dövlətin mühafizə etdiyi abidələr siyahısına daxil edilmişdir.

Poçt markası üzərində

2007-ci ilin noyabr ayının 1-də Bakı şəhərində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka" şirkəti tərəfindən Azərbaycan körpülərinə həsr olunmuş 5 ədəd poçt markası təqdim edilmişdir. Qiyməti 30 qəpik, tirajı isə 20 min ədəd olan həmin markalardan biri Qudyalçay körpüsünə həsr olunmuşdur[1].

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.