Tağı bəy Səfiyev

Səfiyev Tağı bəy Baxşəli bəy oğlu (1878, Cəlilkənd, Şərur rayonu1937, Cəlilkənd, Noraşen rayonu) — maarifçi. C. Məmmədquluzadənin dostu və məsləkdaşı.

Tağı bəy Səfiyev
Tağı bəy Baxşəli bəy oğlu Səfiyev
Doğum tarixi
Doğum yeri Cəlilkənd, Şərur-Dərələyəz qəzası, İrəvan quberniyası, Rusiya imperiyası
Vəfat tarixi
Vəfat yeri Cəlilkənd, Şərur rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
Azərbaycan AXC
SSRİ SSRİ
Atası Baxşəli bəy
Təhsili
Fəaliyyəti maarifçi

Həyatı

İlk təhsilini Cəlil Məmmədquluzadənin dərs dediyi ikisinifli zemstvo məktəbində almış, sonra isə onun təşviqi ilə İrəvan Müəllimlər Seminariyasında oxumuşdur (1889–1893).[1]

Seminariyanı bitirdikdən sonra iki il indiki Cəlilkənd məktəbində dərs demiş, 1895–1896 dərs ilindən isə pedaqoji fəaliyyətini C. Məmmədquluzadənin müdir olduğu məktəbdə ikinci müəllim kimi davam etdirmişdir. "Molla Nəsrəddin" jurnalında çıxışlar etmişdi. Sovet hakimiyyəti illərində pedaqoji fəaliyyətini davam etdirmiş, Qars müqaviləsinin (1921) imzalanması mərasimində Naxçıvan diyarının təmsilçisi olmuşdur.

1923-cü ildə Naxçıvan Xalq Maarif Komissarlığında inspektor vəzifəsində çalışmış, "Rusca-türkcə lüğət" (1929) hazırlamışdır. "Maarif zərbəçisi" döş nişanına layiq görülmüşdür.

Mənbə

  • İ. Həbibbəyli, Cəlil Məmmədquluzadə: Mühiti və müasirləri., B, 1997; yenə onun, Qars müqaviləsində Naxçıvan təmsilçisi, "Fikir" jurn., Naxçıvan, 1999, səh. 13–14.

İstinadlar

  1. Fərrux Rüstəmov. İrəvan Müəllimlər Seminariyası və onun məzunları (PDF). Bakı: Elm və təhsil. 2022. səh. 150. ISBN 978-9952-5455-010.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.