Tağı bəy Səfərəlibəyov
Tağı bəy Hüseynqulu bəy oğlu Səfərəlibəyov (1881–1936) — mühəndis.
Tağı bəy Səfərəlibəyov | |
---|---|
Səfərəlibəyov Tağı bəy Hüseynqulu bəy oğlu | |
![]() | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | |
İxtisası | Riqa Politexnik İnstitutu |
Həyatı
Tağı bəy Səfərəlibəyov Riqa Politexnik İnstitutunu bitirmişdi. İri neft və balıq sənayeçisi olmuşdu. ADR dönəmində Sənaye və Ticarət nazirinin müavini idi. Sovet dönəmində Azərbalığın kommersiya direktoru vəzifəsində çalışmışdı.
Tağı bəy Səfərəlibəyov 1932-ci ildə həbs olunmuşdur.
Ailəsi
Tağı bəy Gülşən xanım Əlibəyova ilə ailə qurmuşdu. İsmayıl bəy, Məsud bəy adlı oğlanları, Suqra xanım, Asiya xanım və Leyla xanım adlı qızları vardı.
- Fərhad Bədəlbəylinin ana babasıdır.
Həmçinin bax
İstinadlar
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.