TRT İnt.
TRT İnt (TRT International) — TRT-nin 2009-cu ilə qədər xarici ölkələr üçün nəzərdə tutulmuş televiziya kanalı. 1990-cı ildə "TV5" adıyla qurulmuş, 1992-ci ildə isə "TRT İnt Avrasya" adını almışdır. Lakin daha sonra iki kanal biri-birindən ayrılaraq "TRT İnt" adlandırılmışdır. TRT verilişlərindən başqa "Uçan Türk", "Avustralya Postası", "Aydın Bakışı" kimi özünəməxsus proqramlar yayımlamışdır. "TRT İnt"in formatı dəyişdirilərək İngilis, İspan, Fransız, Ərəb, Fars, Rus, Çin və digər dillərdə yayımlanan bir kanal kimi yenidən qurulması planlaşdırılır.
TRT International | |
---|---|
![]() | |
Ölkə | Türkiyə |
Dil | Türk dili |
Baş qərargah | |
Yaranma tarixi | 28 fevral 1990 |
Bağlanma tarixi | 8 may 2009 |
Sahibi | Türkiye Radyo Televizyon Qurumu |
Rəhbərlik | İbrahim Şahin |
Sayt | trt.net.tr |
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.