TOGG

TOGG — 25 iyun 2018-ci ildə fəaliyyətə başlamış Türkiyə mərkəzli avtomobil istehsalçısı. Anadolu qrup, Turkcell, TOBB, BMC, Zorlu Holding kimi məşhur birliklər, şirkətin əsas sahibkarlarıdır.

TOGG
Türkiye'nin Otomobili Girişim Grubu Sanayi ve Ticaret A.Ş.
Loqonun şəkli
Şirkətin 2018-ci ildə təqdim edilmiş loqotipi[2]
Ümumi məlumatlar
Tipi Səhmdar cəmiyyəti
Sənaye Avtomobil sənayesi
Məhsulu Avtomobillər
Təsis tarixi 25 iyun 2018) (2018-06-25)
Baş qərargahın yeri Türkiyə Qəbzə, Kocaeli, Türkiyə
Struktur
İşçi sayı 4,323[3]
TOGG rəsmi veb-sayt
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixçə

Türkiyədə yerli avtomobil istehsal etmək üçün birlikdə iş qərarı alan şirkət və təşkilatlar 2017-ci il noyabr ayında prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən açıqlandı.[4] Bu məqsədlə Anadolu Qrupu (19%), BMC (19%), Kök Qrupu (19%), Turkcell (% 19), Zorlu Holding (% 19) və Türkiyə Ticarət Palata və Birjaları Birliyi (5%) tərəfindən 25 iyun 2018-ci ildə Türkiyə Avtomobil Girişim Sənaye Qrupu ve Ticarət ASM (türk. Türkiye'nin Otomobili Girişim Grubu Sanayi ve Ticaret A.Ş.) quruldu[5]. Kök qrupunun 2019-cu ilin sentyabr ayında layihədən çəkiləcəyi iddia edilmişdir.[6] 2019-cu ilin oktyabr ayında şirkətin qərargahı Şişli İstanbuldan Kocaeli ilinin Qəbzə şəhərinə köçürüldü. Şirkətin baş direktoru Gürcan Qaraqaş, dizaynı 2019-cu ildə tamamlanacaq avtomobilin 2022-ci ildə satışa çıxarılacağını açıqladı.[7] TOGG Yerli Avtomobilin SUV və sedan modelləri 27 dekabr 2019-cu il tarixində təşkil edilən mətbuat konfransında təqdim edilmişdir.[8]

TOGG-nin Bursanın Gəmlik şəhərində elektrikli avtomobili olan maşın istehsal edəcəyi, dəyəri 22 milyard dollar olan bir fabrik quracağı açıqlandı.[9] Zavod üçün layihə əsaslı dövlət yardımının veriləcəyi açıqlandı.[10]

İlk alıcılarından

Toggun ilk alıcılarından Azərbaycan Prezidenti İlham Əliyev olmuşdur. Bununla əlaqədar Rəcəb Tayyib Ərdoğana rəsmi tviter hesabında edilən paylaşımda demişdir:

" Qardaşım İlham Əliyev də Türkiyənin qüruru olan “Togg”u təhvil aldı. Xeyirli olsun. Allah gözəl günlərdə istifadə etməyi nəsib etsin, qardaşım. "

[11]

Modellər

2019-cu ilin dekabr ayında təqdim olunan TOGG Türk milli avtomobilinin iki modeli, hər ikisi 300 km və ya 500 km aralığında olan elektrikli avtomobillərdir. Hər iki avtomobildə 8 illik batareya zəmanəti və 2-ci səviyyəli avtonom idarəetmə köməkçisi olacaqdır.

AdTipElanÇıxış tarixiMühərrik
TOGG (SUV)C-seqment SUV27 dekabr 20192022Elektrikli
TOGG (Sedan)C-seqment Sedan2024
TBAC-seqment hetçbekElan olunmamışdır2030 ilinədək
TBAB-seqment SUV
TBAC-seqment MPV

İstinadlar

  1. "Yerli otomobilin logosu ortaya çıktı". Milliyet (türk). 2020-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 mart 2020.
  2. "Yerli otomobilin logosu ortaya çıktı". Milliyet (türk). 2020-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 mart 2020.
  3. "TOGG CEO'su yerli otomobili anlattı: Bataryası yerli, 30 dakika altında şarj". www.ntv.com.tr (türk). İstifadə tarixi: 21 mart 2020.
  4. "Yerli otomobili üretecek firmalar açıklandı". www.ntv.com.tr (türk). 2019-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 mart 2020.
  5. "Yerli otomobil hakkında dosya" (PDF). TOGG. 2019-12-12 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 21 mart 2020.
  6. "Bir babayiğit gitti". www.haberturk.com (türk). 2019-12-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 mart 2020.
  7. "'Yerli otomobilin tasarımında sona gelindi'". BloombergHT (türk). 23 mart 2019. 2019-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 mart 2020.
  8. Ertunç, Mehmet Ali. "Tüm merak edilenler: Yerli otomobil özellikleri". Teknoloji Haberleri - ShiftDelete.Net (türk). 16 fevral 2020. 2020-08-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 mart 2020.
  9. "Yerli otomobil burada üretilecek". CNN Türk (türk). 2020-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 mart 2020.
  10. "Bursa İlinde Yapılacak Olan Elektrikli Otomobil Üretim Tesisi Yatırımına Proje Bazlı Devlet Yardımı Verilmesine İlişkin Kararın Yürürlüğe Konulması Hakkında Karar (Karar Sayısı: 1945)" (PDF). Resmigazete. 2019-12-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 21 mart 2020.
  11. "İlham Əliyev Ərdoğana təşəkkür etdi". 2023-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-05.

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.