THAAD

Ərazinin Yüksək Hündürlükdə Havadan Müdafiəsi (İngiliscə: Terminal High Altitude Area Defense) və ya THAAD, qısa və orta mənzilli təhdid ünsürlərinə qarşı təkmilləşdirilərək yaradılmış, ABŞ Quru Qoşunlarına məxsus olan ballistik raketlərdən müdafiə sistemidir. Lockheed Martin şirkəti tərəfindən istehsal edilmiş THAAD sistemi ümumi olaraq Skad və ona oxşayan qısa mənzilli ballistik raketlər üçün müvəqqəti bir həll yolu kimi arsenala qəbul edilsə də, daha təkmilləşdirilmiş və uzun mənzilli qitələrarası ballistik raketlərə qarşı da, qismən müdafiə imkanlarına malikdir.

25 oktyabr 2012-ci ildə ABŞ Hərbi Donanmasının THAAD döyüş raketiini sınaqdan keçirməsi üçün şərti düşmən hədəfinin məhv edilməsi təlimi. Sınaq Marşall Adaları Respublikasının Mek (Meck) adasında keçirilmişdir
THAAD
Ölkə
İstismar tarixçəsi
İstismara başlanması 2008
İstehsal tarixçəsi
İstehsalçı Lockheed Martin
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

THAAD ABŞ istehsalı anti-ballistik raketdən müdafiə sistemidir. 2008-ci ildən silahlanmaya daxil olub. Qısa və orta mənzilli ballistik raketləri onların terminal fazasında məhv etmək üçün yaradılıb.

THAAD döyüş raketi və buraxıcı qurğusu

Raketləri döyüş başlığı daşımır, kinetik zərbə ilə hədəfini məhv edir. THAAD sistemi AN/TPY-2 radarları istifadə edir. Bu radarlar dünyanın ən geniş mənzilli daşınabilən yer/hava radarlarıdır. AN/TPY-2 radarları 1000 km məsafədə atılan ballistik raketləri atmosferə çatmamış müəyyən edir. Raketin sürəti 2,8 km/san, lülə çapı 34 sm, ağırlığı 900 kq-dır. 200 km məsafədə, 150 km uzaqlıqda olan hədəfləri vura bilir və 3500 km-ə qədər mənzilli ballistik raketlərə qarşı effektivdir. THAAD sistemi ABŞ ordusu tərəfindən istifadə edilir.

AN/TPY-2 radarı
TPY-2 (Təkmilləşdirilmiş mərkəzə sahib olan radar sistemi)

İstifadəçilər

Potensial istifadəçilər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.