Trans-Anadolu qaz boru kəməri
Trans-Anadolu Qaz Boru Kəməri — (Trans-Anatolian Natural Gas Pipeline, ixtisarla TANAP)təbii qazı Türkiyənin Şərq sərhədindən Qərb sərhədinə daşıyacaq, bütün ölkədə sabit tranziti təmin edəcək. Layihə Azərbaycandan başlayan genişlənmiş Cənubi Qafqaz boru kəmərini Avropa Birliyində bir neçə kəmərlə əlaqələndirəcək. 5 il ərzində reallaşması nəzərdə tutulan layihənin dəyəri 7 mlrd. ABŞ dollarıdır. Dörd mərhələdə həyata keçiriləcək layihənin ilk mərhələsi 2018-ci ildə başa çatıb. 2020-ci ildən kəmərin buraxılış qabiliyyəti ildə 16 mlrd., 2023-cü ildə 23 mlrd., 2026-cı ildə isə 31 mlrd. kubmetrə çatdırılacaq. İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 mlrd. kubmetr Azərbaycan qazının 10 mlrd. kubmetri Avropaya, 6 mlrd. kubmetri isə Türkiyəyə satılacaq. Avropa üçün nəzərdə tutulan qaz Türkiyə-Bolqarıstan və ya Türkiyə-Yunanıstan sərhədində təhvil veriləcək. TANAP layihəsində Cənub Qaz Dəhlizi QSC 51%, STEAŞ 7%, BP 12% və Türkiyənin BOTAŞ şirkəti 30% paya malikdir.[1] TANAP layihəsi üzrə saziş 2012-ci il iyunun 26-da İstanbulda imzalanıb. Boru kəmərinin diametri Eskişehrədək 56 düym, ondan sonra 48 düym, dəniz dibində isə 36 düym nəzərdə tutulub. TANAP layihəsinin Eskişehrədək hissəsinin işə düşməsi Şahdəniz-II layihəsi üzrə qaz hasilatına başlanması vaxtı ilə uzlaşdırılıb və 2018-ci ildə baş tutub, 30 iyun 2018-ci il tarxində ilk kommersiya qazı çatdırılmışdır. 2019-cu ilin aprel ayında "Cənub Qaz Dəhlizi" layihəsinin bir hissəsi olan Trans-Anadolu qaz kəmərinin (TANAP) 1-ci mərhələsi çərçivəsində sınaq qaz tədarükü başlayıb.[2]
Trans Anadolu qaz boru kəməri | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | təbii qaz kəməri |
Tikilmə tarixi | 2014 (başlanılıb) |
Açılış tarixi | 12 iyun 2018 |
İstismara verilib | 2018 |
Operatoru | SOCAR |
Sahibi | TANAP project company |
Tərəfdaşlar |
SOCAR BOTAŞ Türkiye Petrolleri Anonim Ortaklığı BP |
Uzunluğu | 1839 km |
Ötürücülüyü | 16× 109 m³/il |
Yerləşməsi | |
Ölkə | Türkiyə |
"{" punktuasiyasının tanınmayan simvolu.%;top:İfadə xətası: "{" punktuasiyasının tanınmayan simvolu.%">
<div style="font-size:80%;line-height:1.2em;position:absolute;z-index:2;left:İfadə xətası: Berqova |
|
Vikianbarda əlaqəli mediafayllar |
Boru xəttinin çəkilişi çərçivəsində qazıntılar zamanı daha öncə elmə məlum olmayan 9 böcək və 1 bitki növü tapılıb. 154 yerdə arxeoloji tapıntılar aşkarlanıb.[3]
İstinadlar
- "Prezident TANAP layihəsi ilə bağlı qanunu imzalayıb". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-01-05.
- "TANAP-la sınaq qaz tədarükünə başlanıb". 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-15.
- TANAP-ın istifadəyə veriləcəyi tarix DƏQİQLƏŞDİ — Layihənin 93.5 faizi tamamlanıb
Xarici keçidlər
- "Qarsda Trans-Anadolu qaz boru kəmərinin təməlinin qoyulması münasibətilə təntənəli mərasimdə İlham Əliyevin nitqi" (az.). president.az. 17 mart 2015. İstifadə tarixi: 2015-05-27.