T-54

T-54 - SSRİ istehsalı olan orta tank. Sovet Ordusuna 1946-cı ildə qəbul edilib, 1947-ci ildən modernləşdirilməsinə başlanılıb. T-54 tankının çəkisi 36.6 ton, uzunluğu 6.04 metr, həcmi 3.27 metr, hündürlüyü 2.40 metrdir. Tankın maksimum sürəti saatda təxminən 48 kilometr, hərəkət mənzili 325 kilometrdir (201.9 mil). Başqa tanklarla birlikdə bu tankın hərəkət mənzili artaraq 610 kilometrə (379 mil) çatır. V-12 dizel yanacağı ilə işləyir tankın mühərriyi. Əsas silahı 100 mm-lik D-10T topudur. Tankda bundan əlavə 7.62 mm-lik SGMT pulemyotu və 12.7mm-lik DŞK pulemyotu quraşdırılıb. Tank 1946-1981-ci illər arasında SSRİ-də, 1956-1979-cu illər arasında Polşada, 1957-1983-cü illər arasında isə Çexoslovakiyada istehsal edilmişdir. Bu tankdan təxminən 86.000—100.000 arasında istehsal edilmişdir.

Vyetnam, Zimbabve, Banqladeş, Əfqanıstan, Keniya, BolqarıstanErmənistan ordularında istifadə olunan T-54 tanklarının 1947-ci ildən istehsalına başlanılıb. Müasir hərb sənayesinin imkanları ilə müqayisədə çox zəif göstəricilərə malik olan bu tanklar düz yolda saatda 50 km/saat sürətə və 400 km-lik yanacaq tutumuna malikdir. Taktiki-texniki xassələrinə gəldikdə isə 4 nəfərlik heyəti olan T-54 43 ədəd döyüş sursatı olan 1 ədəd 100 mm-lik D-10T topu, 1 ədəd DŞK pulemyotu və 2 ədəd Kalaşnikov pulemyotuna malikdir. Topunda avtomatik kontrol olmadığından yalnız dayanan halda dəqiq atəş aça bilir. Hazırda bu müasir hərb maşınları ilə müqayisə olunmayacaq dərəcədə zəif göstəricidir.

T-54 tankı

İstifadəçilər

T-54/55 cari istifadəçilər mavi, keçmiş istifadəçilər isə qırmızı rəngdə göstərilmişdir.

Mənbə

  • A. В. Карпенко. BT-269.стр. 269—275
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.