T-28
T-28 tankı SSRİ istehsalı olan və dünyanın ilk orta zirehə malik olan tankıdır. 1931-ci ildə T-28 tankının prototipi hazırlanmış, 1932-ci ildən etibarən isə bu tankın-T-28 tankının seriyalı istehsalına başlanılmışdır. Bu tank mühasirələri yarmaq, düşmən qüvvələrinin dirənişini qırmaq üçün istifadə edilmiş və həmçinin çoxlu əsgər daşımaq qabiliyyəti olan bir tank kimi də istifadə edilmişdir. Bu tankın daha inkişaf etmiş variantı olan T-35 tankları istehsal olunana qədər bu tank istifadə də qalmışdır. 503 ədəd istehsal edilmiş bu tankdan hal-hazırda cəmi 3 dənəsi qalmışdır. İki tank Finlandiya ordusu tərəfindən SSRİ-Finlandiya müharibəsi (1939-1940) zamanı ələ keçirildikdən sonra hal-hazırda sərgilənir, biri isə Moskvada sərgilənir. T-28 tankı ingilislərin Vickers A1E1İndependent tankı ilə oxşardır. I və II Dünya müharibəsi arasında istehsal edilmiş bir orta zirehə malik bir tankdır. 1926-cı ildə ilk prototipi Leninqrad şəhərindəki (indiki Sankt-Peterburq) Kirov zavodunda istehsal edilmişdir. Bu tankın 11 avqust 1933-cü ildə istehsalına başlanıb.Vickers A1E1İndependent isə 1932-ci ildən etibarən istehsal edilmişdir. 1933-1941-ci illər arasında bu tankdan 503 ədəd istehsal edilmişdir. 28 ton çəkisi, 6 nəfərlik ekipaj üzvü olan T-28 tankının maksimum sürəti yolda 42 km/saat, yolsuzluq şəraitində isə 20–25 km/saat arasında dəyişmişdir.
T-28 | |
---|---|
Tipi | Orta tank |
Ölkə | |
İstismar tarixçəsi | |
İstismar illəri | 1933- 1944 |
İstismara başlanması | 1933 |
İstismar edənlər |
SSRİ, Finlandiya, Türkiyə, Macarıstan, İspaniya, Almaniya |
İstifadə edilən döyüşlər | İkinci dünya müharibəsi |
İstehsal tarixçəsi | |
Konstruktor | Kirov zavodu (rusca, Кировский завод) |
İstehsalçı | Kirov zavodu |
Variantları | T-28E, OT-28 |
Xüsusiyyətləri | |
Ağırlığı | 28 ton |
Sürət |
42 km/saat yolda 20—25 km/saat yolsuzluq şəraitində |
Əsas silah | 76,2 mm kt28 topu (70 mərmi) |
Köməkçi silah | 5×7.62mm yüngül top (8 000 mərmi) |
Uzunluğu | 7370 mm |
Eni | 2870 mm |
Hündürlüyü | 2625 mm |
Ekipaj | 6 nəfər |
Vikianbarda əlaqəli mediafayllar |
İnkişaf etdirilmiş versiyaları
- T-28 Modeli 1934 və ya T-28A —Əsas modeldəki pulemyot ilə eyni olan, T-35 in sipərinə bənzər, 76.2mm-lik silah ilə dəyişdirildi.
- T-28 Modeli 1938 və ya T-28B —76.2mm-lik silah ilə dəyişdirildi. 16.5 kalibr 26 kalibr ilə dəyişdirildi. M-17L mühərriki əlavə olundu.
- T-28E və ya T-28C —1940-cı ildə müdafiəsi artırıldı. Finlandiya müharibəsində bu tanklar özlərini yaxşı cəhətdən göstərə bilmədilər və bu da öz növbəsində bu tankdan şikayətlərə səbəb oldu. Tanka 80mm-lik ön zireh əlavə olundu. Tank saatda 23 kilometr sürətlə hərəkət etməyə başladı.
- T-28 Modeli 1940 —T-35 tankı oldu
- OT-28 —Alovatan (yandırıcı) tank kimi istifadə olunmuşdur.