T-10
IS-10 (Object 730) KV, IS və ya 1943-cü ildən istehsal edilən SSRİ ağır tanklarının ən son məhsuludur. Bu tanklar əvvəllər IS-8 və ya IS-9 adlandırılmalı olsa da, sonda IS-10 adı ilə 1952-ci ildə xidmətə qəbul edilmişdirlər, lakin 1953-cü ildə Stalinin ölümü ilə SSRİ-də dəyişmiş olan siyasi ab-havanın təsiri nəticəsində tankın adı dəyişdirilərək T-10M edilmişdir. Doğrudan da “əcdadı” olan IS-3 tanklarından daha uzun bir gövdəyə, 6 cüt yol təkərləri yerinə 7 cüt yol təkərlərinə, inkişaf etdirilmiş olan bir dizel motoruna və artan zirehi ilə duman çıxardan yeni bir silah montaj edilmiş böyük bir tank qülləsinə sahib idi. T-10 daha artıq cəbbəxana daşımaq qabilliyyətinə sahib olmasına rəğmən, ümumi olaraq performansı IS-3 tankları ilə bərabər hesab edilmişdir. T-10M tanklarının ordularına aid müstəqil tank taborları və müstəqil tank alayları formalaşdırılmışdır. Bu müstəqil tank birlikləri piyadaların həyata keçirdikləri hərbi əməliyyatları dəstəkləmək və hərəkət edə bilmək üçün mexanikləşdirilmiş birliklərə bağlı ola bilərdilər. Bu xidmətə qəbul edilmiş olan sonuncu SSRİ ağır tankı olmuşdur. Zaman keçdikcə təkmilləşdirilən T-64MBT tankları T-10M tanklarının yerinə cəbhələrdə vəzifələrə göndərilirdilər.
T-10 | |
---|---|
| |
Tipi | ağır tank |
Ölkə | |
İstismar tarixçəsi | |
İstismar illəri | 1953-1996 |
İstismara başlanması | 1954 |
İstismar edənlər | SSRİ, Cənubi Osetiya (1995-ci ildə xidmətdən çıxardıldılar), Rusiya |
İstifadə edilən döyüşlər | |
İstehsal tarixçəsi | |
Konstruktor | Josef Kotin |
Konstruksiya tarixi | 1948-1952 |
İstehsalçı | SSRİ |
İstehsal illəri | 1953-1966 |
İstehsal sayı | 2500 ədəd |
Variantları | T-10 (1952); T-10A (1956); T-10B (1957); T-10M (1957) |
Xüsusiyyətləri | |
Ağırlığı | 52 ton |
Zireh | 250 mm |
Mühərrik | 39 l 12-silindirli dizel model V-2-IS |
Mühərrik gücü | 700 at gücü (522 kW) |
Əsas silah | 122 mm-lik D-25TA topu |
Uzunluğu | 9.87 metr, gövdə 7.41 |
Eni | 3.57 metr |
Hündürlüyü | 2.43 metr |
Ekipaj | 4 nəfər |
Vikianbarda əlaqəli mediafayllar |
Zireh: 250 mm
Əsas silah: 122 mm-lik D-25TA topu
Köməkçi silah: 2 ədəd 12.7 mm-lik DShKM pulemyotu (piyadalara və hava hücumlarına qarşı)
Mühərrik: 39 l 12-silindirli dizel model V-2-IS
Mühərrik gücü: 700 at gücü (522 kW)
Hərəkət ehtiyatı: 250 km
Sürəti: 42 km/saat (yolda)
İstehsal müddəti
İkinci dünya müharibəsindən sonra ABŞ M103, Böyük Britaniya isə Conquerer adlı ağır tanklar istehsal edirdilər. SSRİ ordusu buna cavab olaraq IS seriyalı tanklardan fərqli olaraq daha uzun gövdəyə sahib olan və daha böyük tank istehsal etməyə qərar verir. Tankın idarəetmə sisteminin texnologiyası 1940-cı illərdən qalsa da, mühərriki yenilənmişdi və əvvəlki ağır müharibə tankları kimi yavaş hərəkət etmirdilər. Üstündəki top iki ədəd mərmi atmağı bacarsa da, bu tankın topunun dəqiqədəki atəş gücü zəif idi.
Dəyişən müharibə şərtləri ilə ağır tanklar artıq işə yaramamağa başlamışdı, bunun üçün də, SSRİ əsas döyüş tanklarının istehsalına önəm verməyə başladı. Yavaş-yavaş vəzifədən çıxardılan T-10 tankları 1993-cü ildən etibarən tamamilə sıradan çıxardıldılar. Hal-hazırda bu tankların böyük bir qismindən mərmilərin sınaqları üçün istifadə edilir.