Təzkirə
Təzkirə – (zikr – ərəbcə yada salma) Şərqdə sufi mürşidlər, ustad ədib və sənətkarlar, onların əsərləri və bioqrafiyası haqda məlumatlar verən əsərlərdir. Bu forma şərqdə ərəb və fars dillərində yazılırdı və müasir ədəbiyyat tarixlərinə uyğun bir forma idi. Təzkirəçi ədibin doğum və vəfat yerini və tarixini göstərir, məzarını nişan verirdi. Həmçinin ədibin əsərləri və onların qısa məzmunu şərh edilir, şeirlərindən misallar verilirdi. Şərq ədəbi təzkirəçiliyi yığcam və ensiklopedik xarakter daşımışdır. [1]
Mənbə
- Rəhim Əliyеv. Ədəbiyyаt nəzəriyyəsi. – Bаkı: Mütərcim, 2008. – 360 səh.
Xarici keçidlər
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.