Təzəkənd bazilikası

Təzəkənd bazilikasıAğcabədi rayonunun Təzəkənd kəndi ərazisində yerləşən VI əsrə[1] aid alban[2] kilsəsinin xarabalıqlarıdır.

Təzəkənd bazilikası
Ölkə  Azərbaycan
Şəhər Ağcabədi
Yerləşir Təzəkənd
Aidiyyatı Alban Həvari Kilsəsi
Tikilmə tarixi V-VI əsrlər
İstinad nöm.739
KateqoriyaArxeoloji abidə
ƏhəmiyyətiÖlkə əhəmiyyətli
Təzəkənd bazilikası (Azərbaycan)
Təzəkənd bazilikası

Tarixi

Mxitar Qoşnın "Alban salnaməsi"ndə Alban katalikosu Lazar haqqında yazarkən göstərir ki, "o, Baqməcdə (BərdəBeyləqan arasında yer) Hazarapatı (kəndini) və Müqəddəs Pantaleon kilsəsini tikdirmişdir. O, bunları Allah-təaladan ona vəhy gələndən sonra bina etmişdir." Təzəkənd bazilikasının həmin Pantaleon kilsəsinin olduğu fikri var.[2]

Memarlıq xüsusiyyətləri

Bina, plan baxımından iki cüt sütunla bölünmüş üçnefli bazilikadır.[1] Bina yaxşı yonulmuş daş və kərpicdən inşa edilmişdir. Abidənin uzunluğu 16,5 metr, eni isə 9,2 metrdir.[3] Binanın şərq tərəfində səcdəgah absidaları və yanlarda keşiş cübbələrinin saxlandığı yer vardır. Orta nefin eni 5 metr, yan neflərin eni isə 2,1 metrdir. Əgər səcdəgah absidası orta nefin sonluğu idisə, düzbucaqlı formalara malik olan keşiş cübbələrinin saxlandığı yerlə yandakı neflər başa çatırdı.[3]

Bazilikanın döşəməsi bişmiş kərpicdən hazırlanmışdır. Qapı oyuğu qərb tərəfdə yerləşirdi. Səcdəgah absidası nalşəkilli formaya malik idi. Bir-birindən 2 metrlik məsafədə yerləşən sütunlar da çaydaşından tikilmişdir.[4]

Bazilikanın səcdəgahının qarşı hissəsinin təmizlənməsi zamanı aydın olmuşdur ki, səcdəgah hissəsi neflərin döşəməsindən 45 santimetr ucada yerləşir. Bazilika ərazisində tapılmış saxsı materiallarına əsasən bu abidəni V–VI əsrə aid edirlər.[4] Amaras monastırındakı bazilikadan fərqli olaraq Təzəkənd bazilikasının apsidası düzbucaqlı içinə daxil edilməmişdir.[5]

Tədqiqi

Məbədin qalıqları 1963-cü ildə aşkara çıxarılmışdır.[5]

İstinadlar

  1. Мамедова, 2004. səh. 59
  2. Azərbaycan Tarixi (yeddi cilddə) (II cild). Bakı: AMEA Tarix İnstitutu. 2007.
  3. Геюшев, Рашид. Христианство в Кавказской Албании: по данным археологии и письменных источников. Элм. 1984. 87.
  4. Геюшев, Рашид. Христианство в Кавказской Албании: по данным археологии и письменных источников. Элм. 1984. 89.
  5. Геюшев, Рашид. Христианство в Кавказской Албании: по данным археологии и письменных источников. Элм. 1984. 86.

Ədəbiyyat

  • Мамедова, Гюльчохра, Зодчество Кавказской Албании, Баку: Чашыоглу, 2004
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.