Təzəkənd (Laçın)
Təzəkənd — Azərbaycan Respublikasının Laçın rayonu Təzəkənd kənd inzibati ərazi dairəsində kənd.[1]
Təzəkənd | |
---|---|
39°45′14″ şm. e. 46°29′47″ ş. u. | |
Ölkə | |
Region | Laçın rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
|
Tarixi
Təzəkənd kəndi dağətəyi ərazidədir. XIX əsrin axırlarında nisbətən dağlıq ərazidə yerləşmiş qızqaşdı kəndindən köçmüş əhali burada məskunlaşmışlar. Sonra qonşu kəndlərdən də ailələr həmin yerə köçmüşdür. Yaşayış məntəqəsi ətraf kəndlərdən sonra salındığına görə ona bu ad verilmişdir.[2]
Azərbaycan Cumhuriyyəti süquta uğrayıb bolşeviklərin işğalına məruz qaldıqdan bir müddət sonra Şuşada qubernatorluq binası üzərində dalğalanan üçrəngli bayraq Firudin bəy Dəryal tərəfindən öz doğma kəndinə - Təzəkəndə gətirilir və uzun illər Azərbaycan müstəqilliyə qovuşanadək gizli saxlanılır.
1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
Tanınmış şəxsiyyətləri:
General Firudin Bəy Dəryal - 1901-ci ildə Zəngəzur qəzasının Hacısamlı nahiyəsinin Təzəkənd kəndində anadan olmuşdur. , 1919-cu ildə Zəngəzurun erməni daşnaklardan təmizlənməsində, 24 may 1920-ci ildə Gəncədə bolşeviklərə qarşı başlanan üsyanda iştirak etmişdir. Daha sonra Türkiyədə mühacir həyatı yaşamış, 1200 nəfərlik azərbaycan süvari alayının heyəti ilə türkiyə şərq ordusunun sıralarında istiqlal savaşında döyüşüb, Mustafa Kamal Atatürk tərəfindən "İstiqlal" ordeni ilə təltiv olunub. İzmir və İstanbul şəhərlərində hərbi komendant vəzifələrində çalışıb. 1989-cu ildə Türkiyədə vəfat etmişdir.
Mehdiyev Məhəmməd Fərman oğlu — fizika-riyaziyyat elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü.
Məhəmməd Mehdiyev 2 oktyabr 1941-ci ildə Laçın rayonunun Təzəkənd kəndində anadan olmuşdur.
1951-çi ildə Laçın rayonunun Ərdəşəvi kənd orta məktəbinin birinci sinfinə daxil olmuşdur.1961-ci ildə orta məktəbi bitirmişdir.
1966-cı ildə S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) mexanika-riyaziyyat fakültəsini bitirmiş və Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun aspiranturasına göndərilmişdir.
1975-ci ildə Rostov Dövlət Universitetinin elmi şurasında namizədlik dissertasiyasını müdafiə etmişdir.
1989-cu ildə Leninqrad Dövlət Universitetində doktorluq dissertasiyasını müdafiə edib və fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsini almışdır.
1994-cü ildə professor elmi adını almışdır.
Bakı Dövlət Universitetinin "Təbiqi analizin riyazi üsulları" kafedrasının müdiri, "Tətbiqi riyaziyyat və kibernetika" fakültəsinin dekanıdır.
İqtisadiyyatı
Əsas təsərrüfatı heyvandarlıq idi.
İstinadlar
- Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
- Təzəkənd (Laçın) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.