Tazə həyat (qəzet)
"Tazə həyat" qəzeti — gündəlik ictimai-siyasi, iqtisadi, ədəbi qəzet.
Tazə həyat | |
---|---|
Növ | gündəlik ictimai-siyasi, iqtisadi, ədəbi qəzet |
Sahibi | "Kaspi" mətbəəsi |
Redaktor | Haşım bəy Vəzirov |
Yaranma tarixi | 1 aprel 1907 |
Dil | Azərbaycan dili |
Nəşrini dayandırıb | 7 oktyabr 1908 |
Ünvan | Bakı |
Tarixi
İlk sayı 1907-ci il aprelin 1-də, sonuncusu 1908-ci il oktyabrın 7-də çıxmışdır (cəmi 439 nömrə). Bakıda "Kaspi" mətbəəsində çap edilirdi. Redaktoru dramaturq və publisist Haşım bəy Vəzirov, naşiri Hacı Zeynalabdin Tağıyev idi.
Mövzusu
"Tazə həyat" milli burjuaziyanın mənafeyini müdafiə etmiş, fəhlələrin istismarını pərdələməyə çalışmış, qadın azadlığına qarşı çıxmışdır. "Tazə həyat"-ın ideya istiqaməti, xüsusilə, Sultan Əbdülhəmidə mədhiyələr deməsi, varlılara yarınması Cəlil Məmmədquluzadə tərəfindən kəskin surətdə tənqid olunmuşdur. Bununla da, Cəlil Məmmədquluzadə, mollanəsrəddinçilər və ümumiyyətlə, "Molla Nəsrəddin" jurnalı əleyhinə arasıkəsilməz kampaniya başlanmışdır.[1]
Həmçinin bax
İstinadlar
- "Cəlil Məmmədquluzadə Ensiklopediyası. Bakı: Şərq-Qərb, 2008, səh. 281". 2022-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-08.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.