Təyyar Cəfərov

Təyyar Cümşüd oğlu Cəfərov (18 iyul 1939, Bakı) — fizika-riyaziyyat elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (2014)[1].

Təyyar Cəfərov
Təyyar Cümşüd oğlu Cəfərov
Doğum tarixi
Doğum yeri Azərbaycan Bakı şəhəri
Vətəndaşlığı Azərbaycan
Milliyyəti azərbaycanlı
Elmi dərəcələri Fizika-riyaziyyat elmləri doktoru, professor, akademik
Elmi adları professor, akademik
İş yeri Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutu
Təhsili Azərbaycan Dövlət universiteti
Mükafatları "Şöhrət" ordeni

Həyatı

Təyyar Cəfərov 1939-cu ildə iyul ayını 18 Aəzrbaycan Respublikası Bakı şəhərində anadan olub. 1980-1993 illərində Azərbaycan Neft və Kimya Akademiyasında Ümumi Fizika və Yarımkeçiricilər Elektronikası dərslərini deyib. 1996-2004 illərində Qaradəniz Texnik Universitetində (Trabzon) və Yıldız Texnik Universitetində (Istanbul,Türkiyə), Yarımkeçiricilər fizikası, Optoelektronika, Yüksək-temperaturlu ifrat keçiricilər fizikası, Diffuziya prosesləri vs. kurslarından mühazirələr oxuyub. 2000 ildə Yüksək-temperaturlu ifrat-keçiricilər mövzusunda mühazirələr İtaliya universitetində oxunub və Per la Ricerca Di Base Universitetin (Molize, İtaliya) Fəxri Professoru seçilib.

Azərbaycanda elmin inkişafında xidmətlərinə görə 2020-ci ildə “Şöhrət” ordeni ilə təltif edilib.[2]

  • Elmi məqalələrin sayı-330
  • Beynəlxalq konfranslarda iştirakının sayı-124
  • Xaricdə çıxmış elmi əsərlərinin sayı-302
  • İxtiraların sayı-15
  • Kadr hazırlığı- 32 fəlsəfə doktoru, 5 elmlər doktoru

Əsas elmi nailiyyətləri

T.C. Cəfərovun elmi maraqıarı (a) Yarımkeçiricilərdə və yarımkeçirici cihazlarında diffuziya hadisələri, və ( b) Nano-quruluşlu silisiyum əsaslı fotovoltaik günəş və hidrogen yanacaq elementləri ilə əlaqədərdir. Onun rəhbərliyi ilə yarımkeçirici strukturlarda aşkarların diffuziya və elektrodiffuziya hədisələrinə radiasiya və ışığın təsiri araşdırılmışdır, miqrasiya və deqradasiya hadisələrin mexanizmları müəyyən edilmişdir və bir sıra stabil parametrli yarımkeçirici cihazların (geterolazerlər, ışıq diodları, tunnel diodları, infraqırmızı detektorlar, günəş elementləri və s.) texnologiyası işlənmişdir və tətbiq olunmuşdur. Nanoquruluşlu silisiyum əsasında yüksək effektivliyə sahib silisiyum günəş elemenlərinin və hidrogen enerjisini birbaşa elektrik enerjisinə çevirən və ətraf mühitə zərər verməyən, yeni tip hidrogen elementlərin əldə etmə texnologiyası işlənmişdir.

Əsas elmi fəaliyyəti

T.C. Cəfərov bir sıra beynalxalq qrantların rəhbəri olub: 1. Grant of scientific and technical research council of Turkey (TUBITAK) for project “Thin Film Solar Cells” 1999-2001. 2. NATO Grant for project “Creation of the High-sensitive photo-detectors in the IR-spectral Range” 2002-2003. 3. DPT (Turkish state planning organization) Project 23-DPT-07-01-02 “Hydrogen production from boron compounds and development of fuel cells. Hydrogen diffusion in boron compounds” 4. STCU Grant for Project no: 3819 “Research and development of novel microelectronics gas sensors based on nanostructured porous-layers for environmental monitoring”, 2007-2009. 5. STCU Grant for Project no: 5585 “Development of novel nanoporous silicon-based hydrogen fuel cells”, 2011-2012. 6. Grant of Azerbaijan National Academy of Sciences: “Development and investigation of silicon solar cells”, 2010-2011.

Elmi əsərləri

1. G.B. Abdullaev and T.D. Dzhafarov, Atomic Diffusion in Semiconductor Structures (Harwood Academic Publishers, New York, 1987) 340 p. 2. T.D. Dzhafarov, Defects and Diffusion in Epitaxial Structures. (Nauka, Leningrad, 1978) 207 p. (in Russian). 3. T.D. Dzhafarov, Photostimulated Atomic Proces in Semiconductors. (Energoatomizdat, Moscow, 1987) 133 p. (in Russian). 4. T.D .Dzhafarov, Radiation Stimulated Diffusion in Semiconductors. (Energoatomizdat, Moscow, 1991) 287 p. (in Russian). 5. T.D. Dzhafarov, V.I. Fistul et al. Physics and Materials Science of Semiconductors with Deep Levels. (Metallurgiya, Moscow, 1987) 230 p. (in Russian). 6. T.D. Dzhafarov, Physics of Semiconductors 1 (Yildiz Technical University, Istanbul, 1998) 200 p. (in Turkish). 7. T.D. Dzhafarov, Solid State Electronics, (Yildiz Technical University, Istanbul, 2000) 234 p. (in Turkish). 8. Alternative Fuel (collective monograph), ed. Maximina Manzonera, Chapter 13. T.D. Dzhafarov and S.A.Aydin, Nano-Porous Silicon-based Mini Hydrogen Fuel Cells, (INTECH, Rijeka, Croatia, 2011) pp. 309–345, ISBN 978-953-307-372-9. 9. Solar Cells–Research and application Perspectives, ed. Dr. Arturo Morales-Acevedo, Chapter 2, Tayyar Dzhafarov, Silicon Solar Cells with Nanoporous Silicon Layer, (INTECH, Rijeka, Croatia, 2013), pp. 27–59, ISBN 980-953-307-574-2. 10. A.M. Pashaev, T.D. Dzhavarov. Basic physics of nanoelectronics. Azerbaijan national academy of aviation. Baku, 2014. 11. A.M. Pashaev, T.D. Dzhavarov. Basic physics of mirkoelectronics. Azerbaijan national academy of aviation. Baku, 2014. 12. Tayyar Dzhafarov. Porous silicon and Solar cells. Chapter in: Handbook of Porous Silicon (Ed. Leigh Canham). First Edition. Springer, 2014. 13. Tayyar Dzhafarov, Ayaz Bayramov, Porous Silicon and Solar Cells. Chapter in: Handbook of Porous Silicon (Ed. Leigh Canham), Second Edition. Springer International Publishing, Switzerland, 2017

İstinadlar

  1. "Arxivlənmiş surət". 2014-08-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-07-01.
  2. "T.C.Cəfərovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2020-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-20.

Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü

MDB və Avropa ölkələrinin Elmlər Akademiyalarının Beynəlxalq Assosiasiyası yanında “Elektronika Texnikasının Funksiyonal Materialları” Elmi Şurasının büro üzvüdür.

Təltif və mükafatlar

SSRİ Elmlər Akademiyasının Fəxri Fərmanı

İstinadlar

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.