Təyyarənin uçuşa nəzarət səthləri
Aviasiya uçuşu nəzarət səthləri − pilota təyyarəni tənzimləməyə və nəzarət etməyə imkan verən aerodinamik qurğulardır. Uçuşa nəzarət səthinin inkişafı təyyarənin inkişafında kritik bir addım idi. Sabit qanadlı təyyarə dizaynında erkən səylər təyyarəni yerdən çıxarmaq üçün kifayət qədər qaldırıcı qüvvə yaratmağa müvəffəq oldu, ancaq təyyarələr uçduqdan sonra onları idarə etmək mümkün olmurdu. Effektiv uçuş nəzarətinin inkişafı sabit uçuşa imkan verən şeydir.
Bu məqalə konvensional dizaynın sabit qanadlı təyyarəsində istifadə olunan nəzarət səthlərini təsvir edir. Digər sabit təyyarə konfiqurasiyaları müxtəlif nəzarət səthlərindən istifadə edə bilər, amma əsas prinsiplər qalır. Döner qanad təyyarələri (vertolyotlar) üçün idarəetmə (stick və rudder) üç fırlanma oxu ilə eyni hərəkətləri yerinə yetirir, lakin dönən uçuş nəzarətini (əsas rotor disk və quyruq rotor diskini) tamamilə fərqli şəkildə idarə edir.
İnkişafı
Rayt qardaşlar, ilk pratik nəzarət səthlərininin inkişafında böyük rolları olmuşdur. Modern idarəetmə səthlərindən fərqli olaraq qanad bükümü istifadə etdilər[1] . Rayt patentini qəbuletmə cəhdində, Glenn Curtiss, Birleşmiş Krallıq'da təxminən 40 il əvvəl patentli olan idarəetmə səthlərini ilə eyni tipdə idilər.
Hərəkət oxları
Təyyarə havaya qalxan zaman üç ox üzrə hərəkət edir, bu oxlar bir birinə perpendikulyardır və təyyarənin qravitasiya mərkəzində kəsişirlər. Pilot təyyarənin poziziyasini və istiqamətini idarə etmək üçün təyyarəni onun qravitasiyasında kəsişən oxları üzrə hərəkət etdirməlidir.
Uzununa ox
Uzununa ox təyyarənin burun hissəsindən quyruğuna uzanan oxdur. Təyyarənin bu ox ətrafında frlanması ilə yaranan hərəkətə dönmə hərəkəti(ing. roll)deyilir. Bu ox üzərində bucaq dəyişməsi isə donərkən yana aşma(ing. bank) deyilir. Pilot təyyarənin dönərkən yana aşma bucağını dəyişmək üçün qanadlardan birinin qaldırıcı qüvvəsini artırır və digər qanadda isə azaldır. Qanadlar arasında yaranan bu qaldırıcı qüvvə fərqi də təyyarənin uzununa ox ətrafında hərəkət etməsinə şərait yaradır. Eleronlar dönərkən yan aşma hərəkətinin yaradan əsas amildir. Quyruq arxalığı da bu hərəkətə təsir edən amillərdəndir.
İstinadlar
- Patents
- U.S. Patent 821.393 — Flying machine — O. & W. Wright
- U. S. Patent 821,393 —for those who do not have USPTO graphics plugin