Təxribat (film, 1989)
Təxribat | |
---|---|
Janr |
dram döyüş macəra müharibə |
Rejissor | Eldar Quliyev |
Ssenari müəllifləri | Eldar Quliyev, Ramiz Fətəliyev |
Baş rollarda |
Elxan Cəfərov — Zaur Arzu Ocaqverdiyev — Səməd Rita Əmirbəyova — Rəna Səfurə İbrahimova — Aidə Yaşar Nuri — Rəhimov Həsən Məmmədov — Məmmədov |
Operator | Bağır Rəfiyev |
Bəstəkar | Müslüm Maqomayev |
Rəssam | Şamil Nəcəfzadə |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 18 fevral 1989 |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 95 dəq. |
Ölkələr | Azərbaycan SSR |
Dil | azərbaycanca |
İl | 1989 |
Texniki məlumatlar |
10 hissə 2378 metr 35 mm |
Rəng | rəngli |
Çəkiliş yeri | Bakı |
Məzmun
Filmin qəhrəmanı Zaur (Elxan Cəfərov) Əfqanıstanda öz "beynəlmiləlçilik borcu"nu yerinə yetirib doğma Bakıya qayıdır. O, neftayırma müəssisələrindən birində çalışan atasının (Həsən Məmmədov) həbs olunduğunu eşidəndə həqiqəti aydınlaşdırmağa çalışır...
Hadisələrin sonrakı inkişafı prosesində qəhrəman həqiqəti üzə çıxarmaq naminə apardığı axtarışlar zamanı bir sıra çətinliklərlə qarşılaşmalı olur. Film laqeydlik haqqındadır. Bu, müasir dövrün bəlasıdır. Adamlar bir-birindən uzaqlaşırlar. Münasibətlərdə nəsə anlaşılmazlıqlar yaranıb. Nədir bunların səbəbi? Elə bil əvvəlki yaxınlıq, münasibət ərşə çəkilib. Ümumiyyətlə filmdə süjetlər çoxdur. Müəlliflər bu gün cəmiyyətimizi narahat edən, mənəviyyatımıza toxunan məsələləri ekrana çıxarmağa çalışmışlar.
Filmin heyəti
Film üzərində işləyənlər
- Ssenari müəllifi: Eldar Quliyev, Ramiz Fətəliyev
- Quruluşçu rejissor: Eldar Quliyev
- Quruluşçu operator: Bağır Rəfiyev
- Quruluşçu rəssam: Şamil Nəcəfzadə
- Bəstəkar: Müslim Maqomayev
- Mahnıların mətni: Robert Rojdestvenski
- Səs operatoru: Nataliya Nuriyeva
- Rejissor: Akif Rüstəmov, Süleyman Əhmədov
- Operator: Abbas Rzayev
- Montaj edən: Tahirə Babayeva
- Geyim rəssamı: N.Cəfərova
- Qrim rəssamı: Çingiz Paşayev
- Rejissor assistenti: A.Əliyev, Nizami Səfərov
- Operator assistenti: E.Zeynalov, V.Romanov
- Rəssam assistenti: İ.Əliyev
- Montaj üzrə assistent: Ş.Əliyeva
- İnzibatçı : Vladimir Dudniçenko, Ədalət Yunusov, Ç.Səlimov
- Fotoqraf-rəssam: N.Zəkiyev
- İşıq ustası: Rüstəm Rüstəmov
- Redaktor: Dinarə Gərəkməzli (Dinarə Kərəkməzli kimi), Ramiz Rövşən
- Kaskadyor: V.Kurbatov, V.Badov, A.Malışev, V.Derkaç
- Məsləhətçi: A.Şapovalov (general-leytenant), V.Mamçenko (general-mayor), F.Hüseynov (milis polkovniki)
- Çalır: SSRİ Dövlət Teleradio Estrada Simfonik Orkestri
- Dirijor: A.Mixaylov
- Filmin direktoru: Tələt Rəhmanov
Rollarda
- Elxan Cəfərov — Zaur
- Arzu Ocaqverdiyev — Səməd
- Rita Əmirbəyova — Rəna
- Səfurə İbrahimova — Aidə
- Yaşar Nuri — Rəhimov
- Həsən Məmmədov — Məmmədov
- Rasim Balayev — Həsənov
- Məmməd Verdiyev — İzahat alan
- Vidadi Həsənov — Mayor
- Kəmalə Nağıyeva
- Ayaz Salayev — Vəkil
- Əli Quliyev
- Məmməd Məmmədov
- Kamil Məhərrəmov — Saxlanılan şəxs
- Y.Haşımov
- Muxtar Maniyev — podpolkovnik
- E.Budaqova
- Q.Atakişiyev
- Elmira Aslanova
- Lətifə Əliyeva — Lətifə
- Fərəc Fərəcov — qonşu
- Nəcibə Behbudova — qonşu
- Bahadur Əliyev — Bahadur
- C.Qasımova
- Konstantin Artyomov
- A.Quliyev
- Nuriyyə Əhmədova — qonşu
- Əliqulu Səmədov — milis işçisi
- S.Babayeva
- H.Məmmədov
- Vidadi Əliyev — milis işçisi
- Təvəkkül İsmayılov
- Bəxtiyar Kərimov
- R.Qiyasov
- A.Pastuşnı
- Səidə Quliyeva
- İzaməddin Bağırov — səfil (titrlərdə yoxdur)
Filmi səsləndirənlər
- Əminə Yusifqızı — Aidə (Səfurə İbrahimova) (titrlərdə yoxdur)
- Pərviz Bağırov — Zaur (Elxan Cəfərov) (titrlərdə yoxdur)
- Həmidə Ömərova — Rita (Rita Əmirbəyova) (titrlərdə yoxdur)
- Rafiq Əzimov — vəkil (Ayaz Salayev) (titrlərdə yoxdur)
- Fəxrəddin Manafov — əsgər (titrlərdə yoxdur)
- Hacı İsmayılov — izahat alan (Məmməd Verdiyev) (titrlərdə yoxdur)
- Eldəniz Rəsulov — Səməd (Arzu Ocaqverdiyev) (titrlərdə yoxdur)
Mənbə
- Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 4.
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 288; 341-342.
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816.