Təvəkkül Məmmədov
Təvəkkül Yaqub oğlu Məmmədov (1940, Yarımca) — Sumqayıt Şəhər İcra Hakimiyyətinin sabiq başçısı.
Təvəkkül Məmmədov | |
---|---|
28 iyun 2000 – 2 aprel 2003 | |
Əvvəlki | Şakir Abuşov |
Sonrakı | Vaqif Əliyev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1940 |
Doğum yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Həyatı
1940-cı ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yarımça kəndində anadan olub. Azərbaycan Neft və Kimya İnstitunu və Ali partiya məktəbini bitirib. Bakıda "Zaqfederasiya" gəmi təmiri zavodunda işləyib. Sumqayıt Polimer tikinti materaialları kombinatında növbə rəisliyindən direktor vəzifəsinə kimi yüksəlib. 1976-cı ildən 1981-ci ilədək kombinata rəhbərlik edib.
Siyasi fəaliyyəti
1981-ci ildə Sumqayıt Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin sədrinin birinci müavini vəzifəsinə irəli çəkilib. 1982-ci ilin iyun ayında İcraiyyə Komitəsinin sədri seçilib. Bu vəzifədə 1988-ci ilədək çalışır. Sonra 3 saylı evtikmə kombinatının və Məişət kimyası zavodunun direktoru olub. 1995-ci ildən 2000-ci ilə kimi "Azərkimya" Dövlət Şirkətinin birinci vitse-prezidenti işləyib. Dəfələrlə Sumqayıt Şəhər Xalq Deputatları Sovetinin və Azərbaycan SSR Ali Sovetin deputatı olub.[1]
İstinadlar
- "Arxivlənmiş surət". 2021-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-20.