Tərsəçay

Tərsəçay Ermənistanda yerləşən bir çaydır. Ermənicə adı Getikdir. Çəmbərək rayonundan başlayaraq Qaraqoyunlu dərəsiylə axaraq Dilican rayonu ərazisində Ağstafaçaya tökülür. Mənbəyi dəniz səviyyəsindən 2450 metr yüksəklikdə yerləşir. Çayın uzunluğu 58 km-dir. Hövzəsinin ümumi sahəsi 581 km²-dir. Axım sürəti dəqiqədə 31,9 km-dir. Əsasən qar və yağış sularıyla qidalanır. Qaraqoyunlu mahalının Polad Ayrım, Salah, Qaraqaya (Qaraqoyunlu), Çaykənd (Qaraqoyunlu)Gölkənd kəndləri Tərsəçayın sahilində yerləşir.

Tərsəçay
Ölkə
Mənsəbi Ağstafaçay
Uzunluğu
  • 58 km
Su sərfi 2,95 m³/s
Hövzəsinin sahəsi 581 km²
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İstinadlar

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.