Tərkeş

TərkeşAzərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd.

Tərkeş
40°55′37″ şm. e. 47°35′35″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 378 m
Saat qurşağı
Tərkeş xəritədə
Tərkeş
Tərkeş

Tarixi

Rayon mərkəzindən 30 km cənub-şərqdə, Tikanlıçayın sağında, Oğuz-Qəbələ avtomobil yolunun sağında yerləşir. Sincan İnzibati Ərazi Dairəsinə daxildir. Tərkeş Oğuzda ən qədim yaşayış məskənlərindən biridir. Kəndin ərazisində respublika əhəmiyyətli arxeoloji və memarlıq abidələrindən Qədim Qəbiristanlıq (son orta əsrlər), Böyük Qala, Kiçik Qala (antik dövr), Tikanlı qoruq yaşayış yeri (III–VIII əsrlər) var. "Tərkeş" – etnotoponimdir. Göytürklərin bir qolu olan türkeş tayfasının adını əks etdirir. Bu tayfa haqqında "Türkün qızıl kitabı"nda geniş məlumat verilir[1]. "Türk" – "hərəkətedənod"dur[2]. Uruk-turuk (nəsil-kök), ətrak, tukyu, Terek (çay), tərk, struktur, strategiya, elektrik kimi sözlərin məzmunu da odla, hərəkətlə, həyata qovuşmaqla bağlıdır. "Türk"ün "güc-qüvvət" məzmunu da buradan doğur. "Tərkeş"dəki "eş" (əş) "dost, həmdəm" anlamındadır[3]. Tərkeş kənd adı özündə "dost türk", "güclü, həqiqi, əsl dost" anlamlarını yaşadır. Kəndin əhalisi (571 nəfər) heyvandarlıq, taxılçılıq, meyvə-tərəvəzçiliklə məşğuldur. Kənddə orta məktəb, kitabxana, tibb məntəqəsi, 16 telefon var. Rayon mərkəzindən Xaçmaz, Filfilli, Mollalı kəndlərinə, Bakı və Qəbələyə gedən avtobus marşrutları Tərkeşin yaxınlığından keçir.

Toponimikası

  • Tərkeş oyk., sadə.
  • Oğuz rayonunun Sincan i.ə.v.-də kənd. Türyan və Sincan çaylarının yaxınlığındadır.[4]

İstinadlar

  1. "Türkün qızıl kitabı" I kitab, Bakı, 1992. səh. 151–152
  2. Ə. Fərzəli, adı çəkilən əsəri, səh 169
  3. Q. Qeybullayev, adı çəkilən əsəri, səh 153
  4. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Xarici keçidlər

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.