Tərcümə çətinlikləri (film)
Tərcümə çətinlikləri (ing. Lost in Translation) — Sofiya Koppolanın rejissorluğu altında 2003-cü ildə çəkilmiş ABŞ istehsalı bədii film. Ekzistensional melodrama qərib Yaponiyada olan iki tənha amerikalı, yaşlı film ulduzu (Bill Mürrey) və cavan qadının (Skarlet Yohansson) qarşılıqlı münasibətindən bəhs edir.
Tərcümə çətinlikləri | |
---|---|
ing. Lost in Translation | |
Janr | romantik komediya[1], müstəqil film[2][3][…], dram filmi |
Əsas mövzu | müvəqqəti münasibət[d][4], dostluq[5] |
Rejissor | Sofiya Koppola |
Prodüserlər |
Ross Kats Sofiya Koppola |
İcraçı prodüserlər | Frensis Ford Koppola[6] |
Ssenari müəllifi | Sofiya Koppola |
Baş rollarda |
Bill Mürrey Skarlet Yohansson |
Operator | Lens Akord |
Bəstəkar | Kevin Şilds |
İstehsalçılar | American Zoetrope[d] |
Studiya | Focus Features |
Distribütorlar | Focus Features və Pathé Distribution |
İlk baxış tarixi | 29 avqust 2003[7], 8 yanvar 2004[8], 7 yanvar 2004[9], 2003 |
Müddət | 107 dəq. |
Büdcə | 4.000.000 $ |
Gəlir | $ 119 mln |
Ölkələr | |
Dillər | ingilis dili, yapon dili[10], fransız dili[7], alman dili[7] |
İl | 2003 |
Rəng | rəngli |
Çəkiliş yeri | Yaponiya, Tokio, Kioto |
IMDb | ID0335266 |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Filmin premyerası 29 avqust 2003-cü ildə Tellurayd Film Festivalında baş tutdu. Film 12 sentyabr 2003-cü ildə ABŞ-də Focus Features himayəsi altında məhdud prokata çıxdı[11] və ilk həftəsonu 925.087 dollar gəlir əldə etdi. Üç həftə sonra distribütor əsəri geniş prokata yayımladı və 21 mart 2004-cü il tarixinədək dünya miqyasında 119 milyon dollar qazandı (filmin çəkiliş büdcəsi 4 milyon dollar idi).[12]
Kinolent "Oskar" mükafatının dörd nominasiyasını ("Ən yaxşı film" və "Ən yaxşı kişi rolu" (Bill Mürrey) daxil olmaqla) qazandı, ancaq yalnız birini, "Ən yaxşı orijinal ssenariyə" görə qazandı. Qızıl qlobus mükafatı da filmi görməzdən gəlmədi: mükafatlandırma mərasimində film üç kateqoriyada ("Ən yaxşı film — komediya və ya müzikl" daxil olmaqla) qalib gəldi və daha ikisinə namizəd oldu. On doqquz yaşlı Skarlet Yohansson və Bill Mürrey Britaniya Akademiyasının BAFTA mükafatının müvafiq olaraq "Ən yaxşı baş rol aktrisası" və "Ən yaxşı baş rol aktyoru" nominasiyalarında qalib gəldilər. Ümumilikdə, film 77 müxtəlif film mükafatı aldı və başqa 66-ya namizəd göstərildi.
Bu günə qədər film müstəqil Amerika kinosunun ideal nümunələrindən biri sayılır.[13] 2000-ci illərin sonlarında film aparıcı tənqidçilər və film yayıncıları tərəfindən son on ilin ən yaxşılardan biri seçildi.[14]
İstinadlar
- http://www.tv-express.com/programme-television-d8-lost_in_translation-1539308-3-0.php.
- https://play.google.com/store/movies/details/Lost_in_Translation?id=hAk0ettFMHw.
- http://www.empireonline.com/features/50-greatest-american-indies/p10.
- https://web.archive.org/web/20200614203602/https://www.bfi.org.uk/news-opinion/news-bfi/lists/10-great-films-about-brief-encounters.
- europeanfilmawards.eu.
- http://focusfeatures.com/lost_in_translation/cast-and-crew.
- Freebase Data Dumps. Google.
- IMDb (ing.). 1990.
- https://www.cnc.fr/professionnels/visas-et-classification/109407.
- http://www.indiewire.com/article/decade_sofia_coppola_on_lost_in_translation.
- "Lost in Translation — Box Office Data, Movie News, Cast Information". The Numbers. 2013-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-02-19.
- "Lost in Translation (2003)". Box Office Mojo. 2013-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-02-19.
- King, 2010. səh. 3
- Bill Georgaris. "The 21st Century's Most Acclaimed Films" (ingilis). They Shoot Pictures, Don't They?. 3 января 2012. 2012-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-05. (#apostrophe_markup)