Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu

Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu - Respublikada tərəvəzçilik sahəsinin daha da inkişaf etdirilməsi məqsədilə yaradılmış institutut. Direktoru Elmar Allahverdiyevdir.

Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu
Ümumi məlumatlar
Ölkə

Tarixi

İndiki adını 17 aprel 2015-ci ildən daşıyır[1]. Həmin vaxta qədər Azərbaycan Elmi-Tədqiqat Tərəvəzçilik İnstitutu adlanırdı[1].

Haqqında

1965-ci ildə Azərbaycan Elmi Tədqiqat Əkinçilik İnstitutunda fəaliyyət göstərən tərəvəz bitkiləri şöbəsinin bаzаsında Tərəvəzçilik Elmi Tədqiqat Institutu yaradıldı və 3 təcrübə stansiyаsi (Lənkəran TS-faraş tərəvəzçilik zonası, Qusarçay TS - inkişaf etmiş konserv sənayesi zonası, Tovuz TS-kartofçuluq zonası), 1 dayaq məntəqəsi (Şəmkir Dayaq Məntəqəsi-yüksək kеyfiyyətli toxumluq kartof məhsulunun alınması zonası) və 1 yardımçı təcrübə təsərrüfatı (Abşeron yardımçı təcrübə təsərrüfatı) onun sərəncamına verildi.

Institut yarandığı vaxtdan bir sıra nailiyyətlərin aparıcısı olmuşdur. İnstitutun seleksiyaçı alimləri tərəfindən tərəvəz, bostan və kartofun 100-ə qədər sortu yaradılmışdır ki, onlardan 38-i rayonlaşdırılmış, 10 sort isə Sеlеksiyа Nаiliyyətlərinin Sınağı üzrə Dövlət Kоmissiyаsında sınaqdan keçirilir.

Az.ETTİ Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat institutları, 8 Regional Elm Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar, Radiobiologiya, Aqrokimya və Torpaqşünaslıq, Zoologiya İnstitutlаrı, Bakı Dövlət Universiteti, Özbəkistan Elmi-Tədqiqat Tərəvəzçilik, Bostançılıq və Kartofçuluq İnstitutu, Qazaxıstan Elmi-Tədqiqat Kartofçuluq və Tərəvəzçilik Institutu ilə əməkdaşlıq edir.

Təhsil

İnstitutda fəlsəfə və elmlər doktorları üzrə doktorantura təhsili həyata keçirilir[2].

Beynəlxalq əməkdaşlıq, əlaqələr

2005-ci ildən Az ETTİ Dünya Tərəvəzçilik Mərkəzi (AVRDC, Tayvan) və Beynəlxalq Kartofçuluq Mərkəzi (CIP, Peru) ilə əməkdaşlıq edir.

Dünyanın müxtəlif ölkələrində (ABŞ, İngiltərə, Hollandiya, Avstraliya, Rusiya, Çin, Fransa, Türkiyə, İran, Hindistan, Yaponiya, Peru, Tayvan, Israil, Almaniya, Qazaxıstan, Özbəkistan, Ukrayna, Belarus və s.) yerləşən Universitetlərin, elmi mərkəzlərin, şirkətlərin və s. təşkilatların nümayəndələri ET Tərəvəzçilik Institutunda olmuşlar.

Eyni zamanda, institutun əməkdaşları müxtəlif xarici ölkələrdə (Polşa, İsrail, Misir, Türkiyə, Rusiya, Hindistan, Macarıstan, Tayvan, Cənubi Koreya və s.) keçirilən beynəlxalq konfranslarda, treninqlərdə iştirak edir, elmi təcrübə və kolleksiya materiallarının mübadiləsi aparılır.

Mənbə

  • İsmət Abasov, "Ərzaq təhlükəsizliyi və kənd təsərrüfatının prioritet istiqamətləri", Bakı, "Elm və təhsil" 2011.

İstinadlar

  1. "Azərbaycan Aqrar-Elm Mərkəzinin və onun tabeliyindəki elmi-tədqiqat institutlarının strukturunun təkmilləşdirilməsi haqqında" Arxivləşdirilib 2022-09-08 at the Wayback Machine Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 aprel 2015-ci il tarixli, 109 nömrəli Qərarı. e-qanun.az  (az.)
  2. “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nın təsdiq edilməsi haqqında Arxivləşdirilib 2022-07-06 at the Wayback Machine Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 dekabr 2010-cu il tarixli, 235 nömrəli Qərarı. e-qanun.az  (az.)

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.